Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Smashing Pumpkins
The Smashing Pumpkins — 1998-ci ildə Çikaqoda yaranmış alternativ rok qrupudur. == Qrup haqqında == Qrup yapon mühacir Ceyms İxa və Billi Korqanın tanışlığı nəticəsində yaranmışdır. Öz ilk duet kompozisiyalarını Çikaqaodakı polyak barında səsləndirdilər. Qrupun bəstə yazarı, vokalist və gitaristi Billi Korqandır. 2000-ci ildə dağılan qrup 2006-cı ildə üzv dəyişikliyi ilə yenidən bir ara gəlmişdir. 1993-cü ildə çıxardıqları "Siamese Dream" albomu qrupun birinci şah əsəri oldu və ABŞ-də 4 milyondan çox satdı. Bu albom Böyük Britaniyada da qrupun ən məşhur albomu oldu. 1995-ci ilin sonunda "Mellon Collie And The Infinite Sadness" albomu ABŞ-nin hit-paradlarında birinci sıraya və Böyük Britaniyada ilk dəfə üçüncü sıraya yüksəldi. Bu almob ilə qrup Qremmi mükafatına namizəd göstərilir. "Tonight" klipi MTV-nin 6 mükafatına layiq görülür.
Puşkin
Yaşayış məntəqələri Puşkin (Avurğazı) Puşkino — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Puşkin rayonu — indiki Biləsuvar rayonunun əvvəlki adı. Digər Puşkin küçəsi (Bakı) — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə.
Aleksandr Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Puşkin (Auırqazı)
Puşkin (başq. Пушкин, rus. Пушкинский) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Bişqayın kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Bişqayın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (100%) üstünlük təşkil edir.
Puşkin (Avurğazı)

Puşkin rayonu
Biləsuvar rayonu (əvvəlki adı: Puşkin rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Biləsuvar şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq, Biləsuvar rayonu adlandırılmışdır. == Tarixi == Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə bu imperiya cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur.
Puşkin dağnanəsi
Puşkin dağnanəsi (lat. Ziziphora puschkinii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, kökümsovu nazik uzun bitkidir. Gövdəsi çoxsaylı, nazik, çox budaqlı, sərilən və ya qalxan, çox xırda buruqvari tüklü, çox vaxt qırmızımtıl və ya bənövşəyitəhər rəngli, uzunluğu 12 sm-ə qədər olan bitkidir. Yarpaqları qısa saplaqlı, xırda, 4-8 mm uzunluqda, yumurtavari, enli yumurtavari və ya yumru, küt və ya birdən ucu az sivri, əsasında az daralan və ya yumrutəhər, tamkənarlı və ya yuxarı hissədə seyrək dişli, hər iki tərəfdən çılpaq və ya zəif və qısa tüklüdür. Çiçəkqrupu başcıqlı, şarvari, ağtəhər, 1-1,5 sm diametrdədir. Çiçək çox qısa saplaqda, kasacıq 5-6 mm uzunluqda, dar boruvari; sıx uzun ağtüklüdür. Tacı 6-7 mm uzunluqda, bənövşəyi rənglidir. == Yayılması == Böyük Qafqazın Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Qayalı-daşlı və daşlı töküntülərdə bitir.
Puşkin Muzeyi
A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi və yaxud A.S.Puşkin adına DTİM, həmçinin Puşkin muzeyi — Moskvada Rusiya dövlət incəsənət muzeyi, müasir Rusiyada Qərb incəsənətinin ən böyük kolleksiyalarından biri. Tarixçi və arxeoloq, Moskva Universitetinin professoru İvan Vladimiroviç Svetayevin təşəbbüsü ilə yaradılan muzey 1912-ci ildə "İmperator Moskva Universitetində İmperator III Aleksandr adına Təsviri İncəsənət Muzeyi" adı ilə açılıb. Muzeyin əsas binası memar Roman Kleyn tərəfindən neoklassik üslubda qədim məbəd formasında layihələndirilib. Əvvəlcə muzey maarifləndirici bir muzey kimi düşünülmüşdü, lakin 1917-ci il inqilabından sonra müəssisə Dövlət Təsviri İncəsənət Muzeyinə çevrildi. 1937-ci ildə muzeyə şair Aleksandr Puşkinin adı verildi. 1991-ci ildə Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Rusiya Federasiyası Xalqlarının Xüsusi Qiymətli Mədəni İrs Obyektlərinin Dövlət Məcəlləsinə daxil edildi. 2018-ci ilə olan məlumata görə, ekspozisiya 670 mindən çox əşyadan ibarətdir və burada qədim heykəllər, sənət əsərləri, arxeoloji abidələr, həmçinin Qədim Misir və Qədim Romaya aid əşyalar kolleksiyası yer alır. 2018-ci ildə muzeyi 1,3 milyon insan ziyarət edib və bu, dünyanın ən çox ziyarət edilən 47-ci incəsənət muzeyi olub. == Tarixi == === Yaradılması təklifi === XIX-XX-ci əsrlərin sonlarında Rusiya imperiyasında mesenatlar və sahibkarlar tərəfindən maliyyələşdirilən özəl sənət qalereyaları meydana gəlməyə başladı. Moskva Universitetində Təsviri İncəsənət Muzeyinin yaradılması ideyası ilk dəfə 1831-ci ildə knyaginya Zinaida Volkonskaya və professor Stepan Şevıryev tərəfindən irəli sürüldü.
Aleksandr Sergeyeviç Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Puşkin abidəsi (Tbilisi)
Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir. == Tarixi == 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir. Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlər 2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Puşkin abidəsi (Tiflis)

Puşkin dağ nanəsi
Puşkin küçəsi (Bakı)
Puşkin küçəsi — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə. Küçə dahi rus şairi, dramaturq və nasiri Aleksandr Puşkinin adını daşıyır. == Haqqında == Səməd Vurğun və Puşkin bağı da bu küçədədir. == Kəsişdiyi küçələr == Küçə Dilarə Əliyeva küçəsi ilə kəsişmədən başlayaraq Neftçilər prospektində bitir. 28 May küçəsi Nizami küçəsi Xəqani küçəsi Üzeyir Hacıbəyov küçəsi Zərifə Əliyeva küçəsi == Mühüm ünvanlar == № 13 — "Bətül" dini mağaza № 1214 — "Семья" Apteki № ?
Aleksandr Serqeyeviç Puşkin heykəli (Bakı)
Aleksandr Puşkinin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində rus şairi Aleksandr Puşkinin heykəli. Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində eyni adlı meydanda bir heykəl var. Bürünc abidənin müəllifi heykəltaraş, Rusiyanın İncəsənət Akademiyasının akademiki Yuri Orexovdur. Bu heykəl Orexovun son işidir. Heykəl 12 oktyabr 2001-ci ildə açıldı. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev, Bakı şəhərinin meri Hacıbala Abutalıbov və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak etmişlər. Heykəl Rusiya hökumətinin 18 oktyabrda qeyd olunan Milli müstəqillik gününün 10 illiyinə hədiyyədir.
A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi
A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi və yaxud A.S.Puşkin adına DTİM, həmçinin Puşkin muzeyi — Moskvada Rusiya dövlət incəsənət muzeyi, müasir Rusiyada Qərb incəsənətinin ən böyük kolleksiyalarından biri. Tarixçi və arxeoloq, Moskva Universitetinin professoru İvan Vladimiroviç Svetayevin təşəbbüsü ilə yaradılan muzey 1912-ci ildə "İmperator Moskva Universitetində İmperator III Aleksandr adına Təsviri İncəsənət Muzeyi" adı ilə açılıb. Muzeyin əsas binası memar Roman Kleyn tərəfindən neoklassik üslubda qədim məbəd formasında layihələndirilib. Əvvəlcə muzey maarifləndirici bir muzey kimi düşünülmüşdü, lakin 1917-ci il inqilabından sonra müəssisə Dövlət Təsviri İncəsənət Muzeyinə çevrildi. 1937-ci ildə muzeyə şair Aleksandr Puşkinin adı verildi. 1991-ci ildə Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Rusiya Federasiyası Xalqlarının Xüsusi Qiymətli Mədəni İrs Obyektlərinin Dövlət Məcəlləsinə daxil edildi. 2018-ci ilə olan məlumata görə, ekspozisiya 670 mindən çox əşyadan ibarətdir və burada qədim heykəllər, sənət əsərləri, arxeoloji abidələr, həmçinin Qədim Misir və Qədim Romaya aid əşyalar kolleksiyası yer alır. 2018-ci ildə muzeyi 1,3 milyon insan ziyarət edib və bu, dünyanın ən çox ziyarət edilən 47-ci incəsənət muzeyi olub. == Tarixi == === Yaradılması təklifi === XIX-XX-ci əsrlərin sonlarında Rusiya imperiyasında mesenatlar və sahibkarlar tərəfindən maliyyələşdirilən özəl sənət qalereyaları meydana gəlməyə başladı. Moskva Universitetində Təsviri İncəsənət Muzeyinin yaradılması ideyası ilk dəfə 1831-ci ildə knyaginya Zinaida Volkonskaya və professor Stepan Şevıryev tərəfindən irəli sürüldü.
Takvakor: İslami punkın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.