Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qülqülə (Soyuqbulaq)
Qülqülə (fars. قلقله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (59 ailə).
Bülbülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Bülbülə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bülbülə gölü
Bülbülə gölü — Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində göl. == Haqqında == Bülbülə gölü səthinin sahəsi 99 ha, dərinliyi 2,5 m olmaqla Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşir. Gölün suyu şortəhər olmaqla minerallaşma dərəcəsi 1,7 q/l-dir. Kationların (kalsium və maqneziumun) konsentrasiyası norma daxilində tərəddüd edir, anionların (xloridlər və sulaftların) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Detergenlərin miqdarı YVHQ-dən 9,5 dəfə, fenolların miqdarı 8 dəfə, neft məhsullarının və misin konsentrasiyası isə 3,5-4 dəfə artıqdır. Gölün oksigen rejimi norma daxilindədir. == Mənbə == Ş.Əhmədov. Mühəndis ekologiyası. Bakı, 2012 == İstinadlar == == Xarici keçid == Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO) [2] Bülbülə gölü.
Bülbülə qəsəbəsi
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. == Həyatı və fəaliyyəti == Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğuldu. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. === Şəxsi həyatı === Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
İmamzadə türbəsi (Bülbülə)
İmamzadə türbəsi (Bülbülə) Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstaniİrəm" əsərində belə qeyd etmişdir. "Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur" Hal — hazırda imamzadə kompleksindən yadigar qalan təkcə bir yazılı daşdır ki, o da Bakıda Qız qalası ilə üzbəüz açıq sərgidə nümayiş etdirilir. Ərəbcə gözəl süls xətti ilə yazılmış bu kitabədə deyilir: "Bu böyük abidənin tikilməsinə əzəmətli sultan Şah Abbas əl-Hüseyni vaxtında Şeyx Kamalın oğlu Şeyx Nəcməddin əmr etmişdir. 1033 (1623–1624)". İmamzadə kompleksi 4 binadan ibarət olub, müqəddəs imam övladının dəfn olunduğu düzbucaqlı plana malik türbə binasının tavanı qismən çatma, qismən isə günbəzlə örtülübmüş. Qəbrin üzərində daş sənduqə (2–10x0,73 metr) varmış. Türbənin şərq divarından açılan qapıdan daxil olunan 2-ci otağın planı düzbucaqlı imiş. Burada isə 3 qəbir varmış ki, imamın nökərləri dəfn olunubmuş. Hər iki türbə xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş və ələmlərlə bəzədilmişdi. Türbənin şimal divarına bitişik məscid binası (8,77x9,55 m.) varmış.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. == Haqqında == Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. == Abidədə keçirilən anım günləri == 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Qüllə (memarlıq)
Qüllə, hər hansı bir tikinti materialından hazırlanmış, uzunluğu enindən ən azı iki dəfə çox olan bir tikilidir. İlk əvvəllər düşmənləri əvvəlcədən görmək və onlardan müdafiə olunmaq üçün tikilmiş qüllələr zaman keçdikcə; aşağı yerlərdə su paylanması, sənət əsəri, yaşayış məntəqəsi, nəzarət məntəqəsi, həm də turistik məqsədlər üçün istifadə edilmişdir.Əsasən kvadrat və ya silindrik hündür bina mənasını verən "qüllə" adının mənşəyi ərəbcə "qüllə" sözündəndir. Sivri uclu piramida formalı tikililər hündürlüyünə baxmayaraq qüllə adlandırılmırlar. Qüllə sözündə daha çox "qala" mənası axtarılmalıdır. Buna görə piramida və zikkurat tipli tikililəri qüllə adlandıra bilmərik. Qüllə çox fərqli məqsədlər üçün oxşar üsullarla müasir dövrə qədər tikilmişdir. Bu əvəzolunmaz binanın növlərindən biri də mövcuddur ki, xüsusilə orta əsr müharibələrində çox geniş şəkildə istifadə olunurdu. Bunlar, qalaları dağıtmaq və müdafiəsi ciddi şəkildə təmin olunmuş müdafiə divarlarına çıxa bilmək üçün istifadə olunan təkərlərlə hərəkət edən "hücum qüllələridir". Makedoniyalı İsgəndərin məşhur generalı Antigonosun oğlu Demetrius Poliorcéte tərəfindən ixtira edildiyi deyilən bu qüllələr taxtadan düzəldilmiş, kvadrat planlı, zirehli və ya qalın heyvan dəriləri ilə örtülmüş çoxmərtəbəli piramidal gövdəli idi. Hücumlar zamanı divarların yaxınlığına qədər aparılan bu qüllələrə böyük daşlar və güllələr ata bilən mancanaq kimi digər silahlar da yerləşdirilə bilərdi.
Sahilkənarı qüllə
Sahilkənarı qüllə (rus. Башня на Набережной) — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi. Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi.. Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu. 2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu.
Şüşəli qüllə
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Zirehli qüllə
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. == İstinadlar == == Ədəbiyyat == Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
Güllücə
Güllücə (lat. Lathyrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Birillik və ya çoxillik çiçəkli bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Avropada 52, Şimali Amerikada 30, Asiyada 78, tropik iqlimli Şərqi Afrikada 24, Cənubi Amerikanın mülayim iqlimli zonasında 24 növü yayılmışdır.
Qara qüllə (Praqa)
Qara qüllə (çex. Černá věž) — Praqa qəsrinin şərq hissəsində, köhnə qəsr pilləkənlərinin yaxınlığında yerləşən və XII əsrə aid edilən memarlıq abidəsi. Çexiya paytaxtını bəzən "Yüzqülləli şəhər" adlandırırlar. Praqada həqiqətən də çoxlu sayda qüllələr vardır; onların bir çoxu müxtəlif binaların tərkib hissəsi və ya ayrıca bir bina kimi inşa olunmuşdu. Onların içərisində məhz "Qara qüllə" ən qədim tikili hesab olunur. O Praqa qəsrinin şərq divarlarının bir fraqmenti sayılır. Kvadrat təməl üzərində qurulmuş qüllənin hündürlüyü 40 metrə yaxındır, onun yanındakı əlavə divarın uzunluğu isə 11 metrdir. Qüllə divarlarının qalınlığı iki yarım metrə, şimal tərəfdən isə hətta 3 metrə çatır. == Tarix == Qara qüllə I Sobeslavın şəxsi təşəbbüsü ilə Praqa qəsrinin şərq tərəfində giriş qapısı və əsas istinadgah kimi 1135-ci ildə inşa edilmişdir. Qüllənin Roman üslubunda yaradılması üçün möhkəm əsas lazım idi və buna görə də hələ I Brjetislavın hakimiyyəti dövründən qalmış daha qədim istehkamın təməli inşaat üçün istifadə olunmuşdur.
Güllə
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Gülgülab (Miyanə)
Gülgülab (fars. گل گلاب‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (29 ailə).
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Güllücə (Ağdam)
Güllücə — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub.20 Noyabr 2020-ci il işğaldan azad olunub == Tarixi == 1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq. == Mədəniyyəti == Güllücə kəndinin şimalında tunc və dəmir dövrlərinə aid olan Töyrətəpə kurqanları, kəndin cənubunda isə ilkin orta əsrlərdən qalma Karvansaratəpə və Çaparyeri adlanan qədim yaşayış məskəninin qalıqları var. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. İşğala qədərki dövrdə Güllücə kəndində klub, orta məktəb, 2 kitabxana, 2 uşaq bağçası, xəstəxana, rabitə şöbəsi, telefon stansiyası, şərab zavodu və müxtəlif ticarət-iaşə obyektləri var idi.
Güllücə (Bostanabad)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (19 ailə).
Güllücə (Kotayk)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır.
Güllücə (Miyanə)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (23 ailə).
Güllücə (Nir)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənd Dursun Xvacə kəndistanında yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (33 ailə).
Güllücə (Pəmbək)
Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Güllücə (Sərab)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Güllücə (Təbriz)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (67 ailə).
Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Güllücə (dəqiqləşdirmə)
Güllücə — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Güllücə (dağ) — Xocavənd rayonunda dağ. Güllücə (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Güllücə (Xalxal) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Xoreşrüstəm) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Amasiya) — Amasiya rayonunda kənd. Güllücə (Abaran) — Abaran rayonunda kənd. Güllücə (Pəmbək) — Pəmbək mahalında kənd. Güllücə (Kotayk) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Güllücə (İcrud)
Güllücə (fars. گليجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (7 ailə).
Güllücə (Əbhər)
Güllücə (fars. گلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (19 ailə).
Gülülcə südləyəni
Üzüklərin hökmdarı: İki Qüllə (film, 2002)
Üzüklərin hökmdarı: İki qala — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi.