Güllücə (Amasiya)

GüllücəQars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd[1].

Tarixi Azərbaycan əraziləri
Güllücə
Ümumi məlumatlar
Bölgə Ağbaba mahalı
Əhalisi 985 (1979)
Saat qurşağı
Xəritədə yeri
Güllücə xəritədə
Güllücə
Güllücə

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır[4].

Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir[5]. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.

Kəndə 1886-cı ildə 193 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 324 nəfər, 1914-cü ildə 378 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və Türkiyəyə pənah aparmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 517 nəfər, 1926-cı ildə 553 nəfər, 1931-ci ildə 576 nəfər[6], 1939-cu ildə 624 nəfər, 1959-cu ildə 594 nəfər, 1979-cu ildə 985 nəfər[7] azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ". 2014-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-07.
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, s.124
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913,s.70
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.18
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.19
  6. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.18-19, 104-105
  7. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.978