Qurabiyyə
Qurabiyyə — tarixi ekstremist şiə cərəyanlarından biri. Cəbrailin Quranı səhvən Əli yerinə Məhəmmədə nazil etdiyinə inanırdılar.
== Tarixi ==
Qurabiyyə cərəyanının nə vaxt yarandığı məlum deyil, lakin bu cərəyanın cənubi İraqdan gəldiyi məlumdur. İbn Cübeyr bu cərəyanın XIII əsrdə Suriyada mövcud olduğunu deyirdi. Həmçinin Yaqut əl-Həməvi bu cərəyanın Tanzaniyanın Pemba adasında yayıldığını göstərir. 1200-cü illərdə yazılmış və Omanda tapılmış "əl-Məqamə əl-Kilviyyə" adlı əsərdə bu cərəyanın başqa bir Tanzaniya adası olan Kilvada mövcud olduğunu göstərir.
== İnancları ==
Cəbrail Quranı nazil edərkən, səhvən Əli yerinə Məhəmmədə peyğəmbərlik vermişdir. Çünki Məhəmməd və Əli qarğalar kimi bir-birinə bənzəyirdilər (qurab qarğa deməkdir). Daha sonra səhvini düzəltmiş, Məhəmməd peyğəmbərlə birlikdə Əliyə də peyğəmbərlik vermişdir. Çünki Quranda Məhəmməddən sonra peyğəmbər olmayacağı deyilir, eyni zamanda olmayacağı deyilmir.