Bakı qurabiyyəsi

Bakı qurabiyyəsi

Bakı qurabiyyəsi Bakı şəhərinə aid olan ənənəvi şirniyyat növü.

Lazım olan ərzaqlar

[redaktə | mənbəni redaktə et]
  • Əla növ buğda unu — 583q
  • kərə yağı — 350q
  • şəkər kirşanı — 152q
  • yumurta ağı — 40q

İçlik üçün:

  • ərik püresi — 30q
  • şəkər tozu — 30q.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Xəmir çobanyastığı, sübüqcuqlar və digər formada 25–28 q çəkidə listlərə çökdürülür. Çobanyastığı formalı qurabiyyələrin ortasında oyuqlar açılır və oraya meyvə püresi və şəkər tozundan hazırlanmış iç qoyulur. İçin miqdarı hər peçenye üçün 2–2,5 qramdır. Qurabiyyə 250–270 °S-də 9–10 dəqiqə bişirlir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]