Qurabiyyə — tarixi ekstremist şiə cərəyanlarından biri. Cəbrailin Quranı səhvən Əli yerinə Məhəmmədə nazil etdiyinə inanırdılar.
Qurabiyyə cərəyanının nə vaxt yarandığı məlum deyil, lakin bu cərəyanın cənubi İraqdan gəldiyi məlumdur. İbn Cübeyr bu cərəyanın XIII əsrdə Suriyada mövcud olduğunu deyirdi.[1] Həmçinin Yaqut əl-Həməvi bu cərəyanın Tanzaniyanın Pemba adasında yayıldığını göstərir. 1200-cü illərdə yazılmış və Omanda tapılmış "əl-Məqamə əl-Kilviyyə" adlı əsərdə bu cərəyanın başqa bir Tanzaniya adası olan Kilvada mövcud olduğunu göstərir.
- Cəbrail Quranı nazil edərkən, səhvən Əli yerinə Məhəmmədə peyğəmbərlik vermişdir. Çünki Məhəmməd və Əli qarğalar kimi bir-birinə bənzəyirdilər (qurab qarğa deməkdir). Daha sonra səhvini düzəltmiş, Məhəmməd peyğəmbərlə birlikdə Əliyə də peyğəmbərlik vermişdir. Çünki Quranda Məhəmməddən sonra peyğəmbər olmayacağı deyilir, eyni zamanda olmayacağı deyilmir.
- Allah fikrini dəyişə bilər.
- Cəbrailə küfr və söyüş söyürdülər.[2]
- Əlinin nəslindən olan hərhansı bir şəxs imam ola bilər.
- ↑ "Shi’ites and Shi’ism in Medieval Syria," Stephennie Mulder
- ↑ Islam: Beliefs and Institutions, H. Lammens, S. J., s. 179