Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İraqdakı Çoxmillətli Qüvvələr
İraqdakı Çoxmillətli Qüvvələr (İngiliscə: The Multi-National Force – Iraq (MNF–I)) İraq müharibəsindən sonra İraqın işğalında iştirak etmiş olan və ABŞ tərəfindən idarə olunmuş silahlı qüvvələrdirlər. Qüvvələr 15 may 2004-cü ildə Kombinasiyalı Müştərək İşçi Qüvvəsi 7 (Combined Joint Task Force 7) adlanan strukturdan ölkənin işğalına nəzarəti təhvil almış və 2010-cu il yanvarın 1-də ABŞ Silahlı Qüvvələrinə təhvil vermişdir. İraq müharibəsindən sonrakı dövrdə İraqda mövcud olan silahlı qüvvələrə, xüsusən də ABŞ əsgərlərinin böyük say üstünlüyünə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri deyilmişdir. ABŞ-dan başqa digər bu işə köməklik etmiş olan ölkələrin əsgərlərinin İraqda davam edən şiddətli zorakılıqlar və müharibə əleyhinə öz dövlətlərindəki hərəkatların intensivliyinə görə yalnız hərbi düşərgələrdə xidmət etdikləri və İraq Müqavimətinə qarşı müharibədə fəal iştirak etmədikləri müşahidə edilmişdir. Çoxmillətli qüvvələrin missiyasının tərifini ABŞ-ın o zamankı dövlət katibi olmuş Kolin Pauel 2004-cü ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubunda belə izah etmişdir: Çoxmillətli Qüvvələrin işğalı altında olan İraqda hazırlanmış olan yeni konstitusiyada fikir, ifadə, din və cəmləşmə azadlığı, mülkiyyət hüququ və qanun qarşısında hamının bərabərliyi tanınmışdır. İşğal İraqında birinci parlament seçkiləri 2005-ci ilin dekabr ayında keçirilmişdir. 2006-cı ilin noyabr ayında isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Çoxmillətli Qüvvələrin İraqda qalma müddətinin 2007-ci ilin sonuna qədər uzadılması haqqında qərar qəbul etmişdir. Bu qərarın qəbul edilməsində İraq hökumətinin tələbi əsas kimi qəbul edilmiş və buna səbəb kimi İraq hökumətinin nəzarəti təmin etmək üçün hələ ki, kifayət qədər silahlı qüvvələrinin olmaması göstərilmişdir. 2007-ci ilin dekabr ayında qəbul edilmiş olan yeni qərarla onun səlahiyyət müddəti yenidən 2008-ci ilin sonuna qədər uzadılmışdır. 2008-ci ilin dekabr ayında İraq və ABŞ hökumətləri arasında aparılmış olan danışıqların nəticəsində 2011-ci ilin sonuna qədər yalnız ABŞ əsgərlərinin ölkədə qalmasına icazə verilmişdir.
İraqdakı ümumdünya irsi obyektlərinin siyahısı
İraqda UNESCO ümumdünya irsi obyektlərinin siyahısı YUNESKO-nun İraqdakı ümumdünya irsi siyahısına 6 obyekt daxildir ki, bu da ümumi rəqəmin təxminən 0,4%-ni təşkil edir (2021-ci ildə 1154). 5 obyekt mədəni meyarlar üzrə, 1-i isə qarışıq meyarlar üzrə siyahıya alınıb. Bundan əlavə, İraqdakı 11 obyekt dünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. İraq 1974-cü il martın 5-də ümumdünya mədəni və təbii irsin qorunması Konvensiyasını qəbul etmişdir. Hatra və Nimrud xarabalıqları 2015-ci ilin martında İŞİD tərəfindən dağıdılıb. Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahı İraq Hökumətinin dünya irs siyahısına salınması üçün namizəd kimi təklif etdiyi obyektlər qeyd edirb.
Azərbaycanın İrandakı səfirliyinə hücum
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır.
İrandakı ümumdünya irsi obyektlərinin siyahısı
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (UNESCO) Ümumdünya irsi sahələri, 1972-ci ildə qurulan UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. İran tarixi məkanlarını siyahıya daxil etmək üçün, konvensiyanı 26 fevral 1975-ci ildə qəbul etdi. 2019-cu ilə qədər, İranın iyirmi dörd mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir. İranda siyahıya alınan ilk üç yer İsfahan Nəqşi Cahan meydanı, Persepolis və Çoğa Zənbil, 1979-cu ildə Fransa, Parisdə təşkil edilən Ümumdünya irsi komitəsinin 3-cü iclasında siyahıya alındı. 2003-cü ildə isə bu siyahıya Təxti Süleyman arxeoloji abidəsi əlavə olundu. Ən son əlavə 2019-cu ildə edilmiş Xəzəryanı Hirkan meşələri idi. Yazılan ərazilərə əlavə olaraq, İran da təxmini siyahısında 50-dən çox mədəni irsi sadalayır. Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna ; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır. Ərazi; Ümumdünya irsi komitəsinin rəsmi təyinatına görə adlandırılmışdır Yer; şəhər, regional və ya əyalət səviyyəsində və coğrafi koordinatlar Kriteriya; Ümumdünya irsi komitəsi tərəfindən təyin olunduğu kimi Sahə; hektar və akr ilə.
Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir. == Azərbaycanda == Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".