Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılqala
Qızılqala (Xorasan) —
Qızılqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Qızılqala-i Kuranlu (Çaroymaq)
Qızılqala-i Kuranlu (fars. قزل قلعه كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (33 ailə).
Qızılqala-i Musulanlı (Çaroymaq)
Qızılqala-i Musulanlı (fars. قزل قلعه موسولانلو‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (38 ailə).
Qızılarx
Qızılarx — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qızılarx kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qızılavar
Qızılavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman Talışlar yaşayırlar Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir. Bu ərazi dairəsinin sahəsi 837 hektardır. Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir. Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır. Kənddə tez-tez isti küləklər əsdiyi üçün adını “isti yel” kimi mənalandırırlar. Kəndin dəqiq yaşı bəlli deyil, təqribi kəndin 18 - 19-cu əsrə aid olduğu bildirilir.
Qızılağac
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Qızıllar
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Qızıloba
Qızıloba (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Qarmiravan və ya Karmiravan) Qızıloba (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqaya
Azərbaycanda Qızılqaya (Xankəndi) — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. Qızılqaya (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Qızılqaya (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qızılqaya (Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Qızılqaya (dağ) Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızqala
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Qızılca
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
Qara qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Qırmızı qızılağac
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Qızılabad (Çaroymaq)
Qızılabad (fars. قزل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 266 nəfər yaşayır (51 ailə).
Qızılağac (1979)
Qızılağac (Bicar)
Qızılağac (fars. قزل آغاج‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılağac (Göyçay)
Qızılağac — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılar Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan qızılağac tayfasına əsaslanaraq kəndin adını etnotoponim hesab edirlər. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığı üçün belə adlandırılmış, sonralar meşə məhv olsa da, kəndin adı qalmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1180 nəfər əhali yaşayır.
Qızılağac (Masallı)
Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 5692 nəfərdir. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır. XIX əsrdə Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan liman olmuşdur.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Qızılağac (dəqiqləşdirmə)
Qızılağac
Qızılağac bələdiyyəsi
Qızılağac bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Qızılağac körfəzi
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz. Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir. Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır. 1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır. Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
Qızılağac siyənəyi
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qızıloba (Tərtər)
Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır. Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qızıloba kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Qızıloba kəndi Ermənistan işğalçı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttində yerləşirdi, hal-hazırda kənddə yaşayış yoxdur. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Qızıloba (Xocalı)
Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. Qızıloba kəndi Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını Qarmirküg (qırmızı kənd) adlandırmışdılar. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qızıloba kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 170 nəfər təşkil edirdi.
Qızılqaya (Göygöl)
Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır. Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.