Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılqala
Qızılqala (Xorasan) —
Qızılqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. == Əhalisi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Qızılqala-i Kuranlu (Çaroymaq)
Qızılqala-i Kuranlu (fars. قزل قلعه كورانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (33 ailə).
Qızılqala-i Musulanlı (Çaroymaq)
Qızılqala-i Musulanlı (fars. قزل قلعه موسولانلو‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (38 ailə).
Qızılarx
Qızılarx — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qızılarx kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qızılavar
Qızılavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırlamış. yaşayırdı. Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir. Bu ərazi dairəsinin sahəsi 837 hektardır. Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir. == Toponimiyası == Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır.
Qızılağac
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Qızıllar
Qızıllar — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri. Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.
Qızıloba
Qızıloba (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Qarmiravan və ya Karmiravan) Qızıloba (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqaya
AzərbaycandaQızılqaya (Xankəndi) — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. Qızılqaya (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qızılqaya (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qızılqaya (Göygöl) — Azərbaycanın Göygöl rayonunda qəsəbə. Qızılqaya silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Qızılqaya (dağ)Qızılqaya (dağ, Şərur) — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 1682 m. Qızılqaya (dağ, Quba) — Quba və Qusar rayonları ərazisində dağ. Hündürlüyü 3722 m.; Qızılqaya (dağ, Laçın) — Laçın rayonu ərazisində dağ. Hündürlüyü 2440 m.; Qızılqaya (dağ, Şəki) — Şəki rayonu ərazisində dağ.
Qızqala
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin)DağlarQızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Qızılca
AzərbaycanQızılca (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Qızılca (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Yeni Qızılca — Azərbaycanın Göygöl rayonunda kənd. Qızılca (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.İranQızılca (Xoy) — Qızılca (Salmas) — Qızılca (Şəbüstər) Qızılca Ərşad (Çaroymaq) Qızılca (Miyanə) Qızılca (Bicar) ‎Qızılca (Əbhər) Qızılca (İcrud) Qızılca (Mahnişan)Digər Qızılca (xəstəlik) — kəskin yoluxucu virus xəstəliyi. Qızılca (kəpənək) — göycələr fəsiləsinə aid kəpənək cinsi. Qızılca Dövlət Təbiət Yasaqlığı — 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatında yaradılmış yasaqlıq.
Adi qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Sinonimləri == Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Boz qızılağac
Boz qızılağac (lat. Alnus incana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə qədər olan, boz, hamar qabıqlı ağacdır. Zoğları qonur və qırmızı-qonur, qısa tükcüklərlə örtülmüşdür. Tumurcuqların uzunluğu 8–15 mm, qırmızı-qonur, küt, az tükcüklü, bir az əyilmiş, yapışqanlı deyil. Yarpaqları yumurtavari-eçlipsvari, çılpaqdır, uzunluğu 4–10 sm, eni 3–6 sm-dir, üstü yaşıl, alt tərəfi bozumtul-yaşıl, nazik tükcüklüdür, kənarları sivriləşmişdir, dib tərəfləri dəyirmi, enli pazvaridir; az-az hallarda bir qədər ürəkvaridir;mişardişlidir, 7–13 cüt damarı uzun, sıx tüklüdür. Saplaqlarının uzunluğu 3–4 sm-dir, üstü yumşaq tüklüdür. Mayda çiçəkləyir. Bir neçə ədəd erkək və dişi çiçəkləri keçənilki zoğların uclarında yerləşir.
Qara qızılağac
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Sinonimləri == Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Qırmızı qızılağac
Qırmızı qızılağac (lat. Alnus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Qızılabad (Çaroymaq)
Qızılabad (fars. قزل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 266 nəfər yaşayır (51 ailə).
Qızılağac (1979)
== Məzmun == Sənədli televiziya filmi Lənkərandakı məşhur Qızılağac qoruğu haqqında danışır.
Qızılağac (Bicar)
Qızılağac (fars. قزل آغاج‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılağac (Göyçay)
Qızılağac — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılar Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan qızılağac tayfasına əsaslanaraq kəndin adını etnotoponim hesab edirlər. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığı üçün belə adlandırılmış, sonralar meşə məhv olsa da, kəndin adı qalmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1180 nəfər əhali yaşayır.
Qızılağac (Masallı)
Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 5692 nəfərdir. == Toponimiyası == Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Qızılağac (dəqiqləşdirmə)
Qızılağac
Qızılağac bələdiyyəsi
Qızılağac bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə. Qızılağac bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Qızılağac körfəzi
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz. Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir. Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır. 1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır. == Fauna == Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.
Qızılağac siyənəyi
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. == Xarakterik morfoloji əlamətləri == Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qızıloba (Tərtər)
Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır. == Tarixi == Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qızıloba kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Qızıloba kəndi Ermənistan işğalçı qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasındakı təmas xəttində yerləşir, hal-hazırda kənddə yaşayış yoxdur.