Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayaz Qəmbərli
Qəmbərli Ayaz Vahab oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Ayaz Qəmbərli 1984-cü il, sentyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırkı Milli Musiqi Konservatoriyası nəzdində Musiqi Kolleci) pianoçu kimi təhsil alıb. 2003–2007-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin bakalavr pilləsində (prof. Arif Məlikov), 2019–2021-ci illərdə Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin magistratura pilləsində (prof. Roland Kronlaks) oxuyub. 2008-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən "Omnibus-laboratorium" ustad dərslərinin (meksikalı bəstəkar Viktor Rasqado, alman bəstəkarı Şteffen Şleyermaxer) iştirakçısı olub və bu festivalda "Köhnə qramofondan vals" (I redaksiya — flute, english horn, arpa, hapricord, violin, viola, cello) əsəri ilə çıxış edib. 2008-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən IX beynəlxalq "Музыка Молодых" (azərb. "Gənclərin Musiqisi"‎) forumunda "Köhnə qramofondan vals" (II redaksiya — flute, clarinet, piano, violin, cello), 2010-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" beynəlxalq musiqi festivalında "Ludwigstuck", 2011-ci ildə "III Qəbələ beynəlxalq musiqi festivalında" Piano və orkestr üçün konsert, elə həmin il Üzeyir Hacıbəyli adına III beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment, 2012-ci ildə Almaniyanın Drezden şəhərində keçirilən "Tonlagen" beynəlxalq müasir musiqi festivalında "Qovuşma I", 2012-ci il Ukraynanın Kiyev şəhərində keçirilən "Kyiv Music Fest" festivalında "Nöqtələrə həll olunmuş kompozisiya", 2013-cü ildə V Qəbələ beynəlxalq musiqi festivalında orkestr üçün Divertisment əsəri ilə çıxış edib. 2016-cı ildə ABŞ-nin New York şəhərində keçirilən və dünyanın ən məşhur müasir musiqi festivallarından sayılan MISE-EN MUSIC FESTIVAL'ının iştirakçsı olub.
Bünyamin Qəmbərli
Bünyamin Nağdəli oğlu Qəmbərli (1964, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı siyasətçi == Həyatı == Bünyamin Qəmbərli 1964-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində doğulub. 1971–1981-ci illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb. 1981–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda təhsil alıb. 1985–2008-ci illərdə Nehrəm kənd 2 nömrəli orta məktəbində müəllim kimi fəaliyyətə göstərib. 2008-ci ildə Bakı şəhərinə köçmüşdür. 2008–2013-cü illərdə Yasamal rayonu 20 saylı məktəb-liseydə müəllim işləyib. 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində müəllim işləyən Bünyamin Qəmbərli bu gün də ATMU-da Baş müəllim kimi fəaliyyətini davam etdirir. Evlidir, 2 övladı var. == Siyasi-ictimai fəaliyyəti == 1980-ci ildə Naxçıvanda "Azərbaycanın Bütövlüyü və Müstəqiilliyi Uğrunda" gizli təşkilata üzv qəbul olunan və 1988-ci ildə başlayan Xalq Hərəkatının Naxçıvandakı rəhbərlərindən biri olan Bünyamin Qəmbərli sonralar 1990–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü, 1990–1996-cı illərdə Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan MR Vilayət Şöbəsi İdarə Heyətinin üzvü, 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Babək rayon şöbəsinin sədri olub. 1989-cu ildə Azərbaycanın Güneyi ilə Qüzeyi arasında Bütövlük və Müstəqillik ideyalarının daha geniş yayılması üçün Naxçıvanda başlayan Sərhəd Hərəkatını başlayanlardan və hərəkata rəhbərlik edənlərdən biri olan Bünyamin Qəmbərli eyni zamanda Azərbaycan torpaqlarının işğalına qarşı döyüşlərdə də həm rəhbər, həm də döyüşçü kimi iştirak etmişdir.
Elton Qəmbərli
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi. Digər Qənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Briqada generalı
Briqadir — polkovnik hərbi rütbəsindən yuxarı, general-mayor rütbəsindən aşağı hərbi rütbə. Bəzi ölkələrdə o briqada generalı adlanır.
Elton Qənbərli
Mehdi Qənbərli
Ordu generalı
Ordu generalı — Azərbaycan Respublikası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. Dörd ulduzlu general Böyük Admiral Ordu generalı (Rusiya) Həqiqi dövlət ədliyyə müşaviri Ordu generalı (SSRİ) Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
Qənbər Qənbərli
Qənbərli (Germi)
Qənbərli (fars. قنبرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (42 ailə).
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Taleh Qənbərli
Vüsal Qənbərli
Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb. Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Əli Qənbərli
Əli Qənbərli (tam adı: Qənbəri Əli Həsənəli oğlu; 5 fevral 1907, Ordubad, Naxçıvan qəzası – 26 avqust 1987, Ordubad) — Azərbaycanın maarif xadimi, əməkdar müəllim. Qənbəri Əli Həsənəli oğlu 5 fevral 1907-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 26 avqust 1987-ci ildə Ordubad şəhərində vəfat edib. 1928-ci ildə Naxçıvan Müəllimlər Seminariyasını bitirib. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) bilologiya fakültəsində təhsil alıb. Ömrünün yarım əsrdən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Ordubad məktəblərində müəllim, direktor, Ordubad pedaqoji məktəbinin dərs hissə müdiri və direktoru (1939–1943), rayon xalq maarif şöbəsinin müdiri (1936–37; 1954–57) vəzifələrində işləmişdir. SSRİ — 1943-cü ildən Azərbaycan SSRİ əməkdar müəllimi SSRİ — "Şərəf nişanı" ordeni SSRİ— Respublika əhəmiyyətli fərdi pensiyaçı olub Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qaradağlı (Qəmərli)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür. Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd. Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqoyunlu (Qəmərli)
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir.
Qəmərli (Başkeçid)
Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır. Ovçular: Mollalar: Novruzlar: Məşədialılar: Xıvlar: Sabellər: Becənlər: Oruclular Aşırlar Kalvalılar Hacılar (Nəsibağalar) Qarabağlılar Feyzi oğulları Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
Qəmərli (Gərnibasar)
Qəmərli, Artaşat — Ermənistan Respublikasının Ağrı vadisində, Gərnibasar mahalı ərazisində Qəmərli rayonunun mərkəzi, şəhər.