Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Vüsal Qənbərli | |
---|---|
Vüsal İlkin oğlu Qənbərli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Günəşli, Biləsuvar rayonu, Azərbaycan Respublikası |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Günəşli kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi • Hadrut döyüşləri |
Təltifləri | 2022 2020 2020 |
Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb.
Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Qənbərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]