Qənbərli Mehdi Sübhi oğlu (27 avqust 2001, Osakücə, Lənkəran rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin Şəhidi.
Mehdi Qənbərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 avqust 2001(2001-08-27) |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020(2020-11-03) (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası, Azərbaycan Silahlı Qüvvələri |
Döyüşlər |
27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur.[1]
2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür.
İkinci Qarabağ müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]