Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur. Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub.
Gərgin (Bicar)
Gərgin (fars. گرگين‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (72 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dəmgil
== Giriş == Dəmgil (Phytophthora infestans) bitkilərdə, xüsusən də kartof və pomidor bitkilərində geniş yayılmış və dağıdıcı bir xəstəlikdir. Bu xəstəlik, Phytophthora infestans adlı bir su kalıbı (oomycete) tərəfindən törədilir və xüsusilə rütubətli və sərin şəraitdə sürətlə yayıla bilər. Dəmgil xəstəliyi ilk dəfə 1840-cı illərdə İrlandiyada kütləvi kartof qıtlığına səbəb olmuş və bu da milyonlarla insanın ölümünə və ya köç etməsinə səbəb olmuşdur. == Tarixi == Dəmgil xəstəliyi ilk dəfə 19-cu əsrin ortalarında İrlandiyada geniş yayıldı və kartof məhsullarını məhv edərək kütləvi aclığa səbəb oldu. Bu hadisə İrlandiyada "Böyük Aclıq" (Great Famine) olaraq bilinən dövrə təsadüf edir. Bu xəstəlik, daha sonra digər Avropa ölkələrinə və dünyanın müxtəlif bölgələrinə yayılmışdır. == Təsviri == Phytophthora infestans, bitkilərin yarpaqlarında, gövdələrində və meyvələrində qəhvəyi və ya qara ləkələr əmələ gətirir. Bu ləkələr zamanla genişlənir və bitkilərin çürüməsinə səbəb olur. Xəstəlik, xüsusilə nəmli və sərin hava şəraitində sürətlə yayılır və bitkilərin tamamilə məhv olmasına gətirib çıxara bilər. === Xəstəliyin simptomları === Dəmgil xəstəliyinin əsas simptomları bunlardır: Yarpaqlarda su ilə islanmış kimi görünən ləkələr Gövdələrdə qara və ya qəhvəyi zolaqlar Meyvələrdə qəhvəyi ləkələr və çürümə Bitkilərin solması və çürüməsi == Yayılma və Nəzarət == Dəmgil xəstəliyi su kalıbları vasitəsilə yayılır və xəstə bitkilərin sporları vasitəsilə torpağa və suya keçir.
Qəzvin
Qəzvin — İranın Qəzvin ostanında şəhər. Tarixi Azərbaycan şəhəri. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məscidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Fitr (Qəzvin)
Fitr (fars. فطر‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 97 nəfər yaşayır (24 ailə).
Hacıabad (Qəzvin)
Hacıabad (fars. حاجي آباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 54 nəfər yaşayır (15 ailə).
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Həmidabad (Qəzvin)
Həmidabad (fars. حميداباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Mərkəz bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 799 nəfər yaşayır (212 ailə).
Kuşkək (Qəzvin)
Kuşkək (fars. كوشكك‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 417 nəfər yaşayır (89 ailə).
Kəllə (Qəzvin)
Kəllə (fars. کلج‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 624 nəfər (572 ailə) yaşayır.
Miyanıc (Qəzvin)
Miyanıc (fars. ميانج‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 171 nəfər yaşayır (46 ailə).
Mustafalı (Qəzvin)
Mustafalı (fars. مصطفی‌لو‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 145 nəfər yaşayır (49 ailə).
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Məmiyə (Qəzvin)
Məmiyə (fars. محمدده‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 302 nəfər yaşayır (81 ailə).
Nasiri (Qəzvin)
Nasiri (fars. ناصري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 9 nəfər yaşayır (4 ailə).
Novruzabad (Qəzvin)
Novruzabad (fars. نوروزاباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 65 nəfər yaşayır (17 ailə).
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qeytul (Qəzvin)
Qeytul (fars. قیطول‎) — iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 94 nəfər (33 ailə) yaşayır.
Qulalı (Qəzvin)
Qulalı (Qəzvin) (fars. قلالو‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (70 ailə).
Quşçu (Qəzvin)
Quşçu (Qəzvin) (fars. قوشچی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (162 ailə).
Qışlaq (Qəzvin)
Qışlaq — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 3,798 nəfər yaşayır (1,215 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Qəzvin (ostan)
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir. Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu. Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur.
Qəzvin ostanı
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir. Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu. Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur.
Qəzvin paxlavası
Qəzvin paxlavası — Cənubi Azərbaycanın qədim şiriniyyat növü. Qəzvin paxlavasında müxtəlif rəngli ərzaqlardan geniş istifadə edilir. 250q püstə 250q badam 250q şəkər tozu 500q şəkər 1 qaşıq hil 2ədəd yumurta sarısı 1 stəkan süd 2 qaşıq yağ 1,5 stəkan su 0,5 stəkan gülab 175q un 0,5 qaşıq qabartma tozu İlk olaraq öncədən hazırlanmış badam və püstələr döyülür. Xəmirin hazırlanması üçün süd, qabartma tozu, yağ və yumurtanın sarısı qatışdırılır, sonra isə un əlavə edilməklə xəmir hazırlanır. Xəmir hazırlandıqdan sonra içlik (badam, püstə, hil və şəkər tozu) əlavə edilir. Sonunda isə paxlavanın üstünə gülab səpilərək, bıçaqla dördkünc şəklində kəsilir. Paxlava sobada 300 dərəcədə və 20 dəqiqə ərzində bişirilərək rəngi qızıla çalmalıdır. Şərbətin hazırlanmasında ilk olaraq şəkər və 1/5 stəkan su qaynar közün üstünə qoyularaq, neçə dəqiqədən sonra gülab da içinə əlavə edilir. Tamamilə qaynamaqdan sonra qurulmuş paxlavanın üstünə tökülür.
Demmin
Demmin (alm. Demmin‎) - Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən şəhər. Əhalisi 11 min nəfərdir. == Coğrafiya == Demmin şəhəri Pin, Tuluz və Trabel çaylarının qovuşduğu yer olan Qərbi Pomeranya ovasında yerləşməkdədir. Kummeroş gölü və Ştetn körfəzindən kiçik gəmilərlə Pin çayından istifadə etməklə Demmin şəhərinə gəlmək mümkündür. Çayboyu ərazilərdə üzü şəhərə tərəf gələn kiçik velosiped çığırlarıda mövcuddur. Tuluz və Trabel çaylarınını qovuşduğu ərazi Axarsu torpaqları olaraq adlanır və turistlər tərəfindən tez-tez ziyarət edilən ərazilərdəndir. Şəhərin şimal hissəsində Drosdou və Volderforst meşələri yerləşir. Volderforst meşəsinin sahəsi 174 hektardır. 103 hektar ərazisi olan Kronvald Dövlət Qoruğuda şəhərin şimal hissəsində yerləşməkdədir.
Gmelin
İohann Fridrix Gmelin (alm. Johann Friedrich Gmelin‎, 8 avqust 1748, Tübingen[d] – 1 noyabr 1804[…], Göttingen, Braunşveyq-Lüneburq elektoratlığı[d]) — alman bioloqu, zooloqu, kimyaçısı, Peterburq Elmlər Akademiyasının 1794-ci ildən xarici fəxri üzvü. == Həyatı == == Gmelinin şərəfinə adlandırmalar == Artemisia gmelinii Webb ex Stechm. — Gmelin yovşanı == Çap olunmuş işləri == lat. Onomatologia botanica complecta, 1772—1778 (в 10 частях, без фамилии автора) alm. Allgemeine Geschichte der Gifte‎, 2 тома, 1776—1777 alm. Allgemeine Geschichte der Pflanzengifte‎, 1777 alm. Allgemeine Geschichte der mineralischen Gifte‎, 1777 alm. Einleitung in die Chemie‎, 1780 alm. Grundriss der allgemeinen Chemie‎, 1789 alm.
Qaçqın
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Qiaqin
Qiaqin (adıq Джаджэ) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibinə daxil olan kənd. Qiaqin rayonunun və Qiaqin kənd sovetliyinin mərkəzidir. Kənd Qiaqin rayonunun qərb hissəsində, Qiaqin çayının hər iki sahilində yerləşir. Maykopdan 28 km şimalda və Beloreçensk şəhərindən 20 km şimal-şərqdə yerləşir. Kəndin cənub kənarında Şimali Qafqaz dəmiryolunun Qiaqin dəmiryol stansiyası yerləşir. Kəndin sahəsi 32.63 km²-dir ki, bu da kənd ərazisinin sovetliyin 13,07% -ni təşkil etməsi deməkdir. Zakuban düzündə, düzənlikdən respublikanın dağətəyi zonasına keçən ərazidə yerləşir. Bölgənin relyefi, cənub-şərqdən şimal-qərbə ümumi bir yamacda olan, təpəli və təpəli yüksəklikləri olan piedmont dalğalı düzənliklər ilə təmsil olunur. Çay vadiləri dərin yarğanlar və çökəkliklər ilə kəsilir. Orta hündürlüklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Gəlin
Gəlin — ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Gəmir
Gəmir — Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir.
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Gemini layihəsi
Gemini layihəsi ABŞ-nin Apollon layihəsinə hazırlıq mərhələsində həyata keçirdiyi əvvəlki bütün rekordları qıran layihədir. Kəsilmiş bir konus şəklində kosmosa buraxılması üçün sifariş verilmiş 12 ədəd vasitə, 2 nəfər üçündür. İlk vasitə Gemini 1 8 aprel 1964-cü ildə buraxılmışdır. Buraxılmış ilk iki vasitə pilotsuz olarkən ABŞ-nin ilk pilotlu kosmik uçuşu Gemini 3 vasitəsilə həyata keçirilmişdir (23 mart 1965). Gemini 4-dəki astronavtlardan biri (E.H. White) vasitənin Yer üzünü 3-cü dövrü zamanı kapsuladan çıxdı və kosmosda sərbəst gəzən 2-ci şəxs oldu. Gemini 5 ən yaxın nöqtədən yerə 160 km və ən ucqar nöqtədən 347 km orbitdə olmaqla 190 saat 56 dəqiqə ərzində Yer ətrafında 120 dövr edərək bu sahədə əvvəlki bütün rekordları qırdı. Gemini 6 11 gün əvvəl buraxılan Gemini 7 vasitəsilə qarşılaşdı və kosmosdakı ilk görüşü təmin etdi (15 dekabr 1965). Gemini 11 nəqliyyat vasitəsi dünyanı gəzərkən qapısı 172 dəqiqə açıq qoyularaq süni cazibə təcrübəsi aparılmışdır. Son vasitə Gemini 12 11 noyabr 1966-cı ildə buraxıldı və beləliklə Gemini proqramı sona çatdırılmışdır.
Gəncin (Miyanə)
Gəncin (fars. گنجین‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (30 ailə).
Gəngiz şoranı