QIZĞIN

sif.
1. Çox isti, çox qızmış halda olan, yüksək hərarətli; qaynar, yandırıcı. Qızğın dəmir. Qızğın ütü. Qızğın maşa. Günəşin qızğın şüaları.
2. məc. Coşqun, hərarətli, alovlu, atəşin, ehtiraslı. Qızğın məhəbbət.
// məc. Həyəcanlı, dərin hissləri ifadə edən.
Zavallı, bəxtsiz bacı evdə qardaşının müsibətində qızğın göz yaşları tökdüyü bir zamanda, oğlunun küçədə öldürüldüyünü duyarsa, nə yapa bilər? S.Hüseyn.
Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın mükalimələr, kəskin deyişmələr dilidir. M.İbrahimov.

3. məc. Çox gərgin, güclü, şiddətli. Qızğın mübarizə. İşin qızğın vaxtı.
// məc. Ən güclü, ən çox, ən böyük, şiddətli.
Molla Qasımın … qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. S.S.Axundov.
Qızğın alver məskəni olan Bazar küçəsi qoçuların gəlir yeri idi. A.Şaiq.
“Tərlan” qızğın bir çapışla irəli atılır, qabağına nə gəlirsə vurub keçirdi. Ə.Məmmədxanlı.

Синонимы

  • QIZĞIN qaynar
  • QIZĞIN gərgin — güclü — şiddətli
  • QIZĞIN coşğun — hərarətli — alovlu — atəşin — ehtiraslı
  • QIZĞIN qızğın bax 1. isti 2; 2. gərgin 1; 3. atəşin

Антонимы

  • QIZĞIN QIZĞIN – SAKİT Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın münaqişələr, kəskin deyişmələr dilidir (M

Этимология

  • QIZĞIN Kökü köz kəlməsi ilə bağlıdır. Köz həm sifət (köz-ər-mək), həm isim, həm də feil kimi işlədilib. Feil olan köz kəlməsi qız(maq) formasına düşüb və bun
QIZDIRMALI
QIZĞINLAŞMA

Значение слова в других словарях