Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qətliam
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Vinnendendə qətliam
Vinnendendə qətliam — 11 mart 2009-cu ildə Vinnenden şəhərində, daha sonra qonşu Almaniyanın Vendlinqen şəhərində Albertvil-Realşule məktəbində baş verən hadisələr, atıcının özü də daxil olmaqla 16 nəfərin ölümü ilə nəticələnən, 17 yaşlı Tim Kreçmer (alm. Tim Kretschmer‎), keçmiş məktəb məzunu tərəfindən törədilmişdir. 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Tim Kreçmer (alm. Tim Kretschmer‎) — 2009-cu il martın 11-də keçmiş məktəbində, daha sonra Vinnenden və Vendlinqen (Almaniya) şəhərlərinin küçələrində qanlı qırğın törədən və daha sonra polisin əhatəsində intihar edən on yeddi yaşlı yeniyetmə. Tim 26 iyul 1991-ci ildə Almaniyanın Vinnenden şəhərində anadan olub. Kiçik yaşlarından aqressiv idi. Yeddi yaşında Kretschmer yerli məktəbə getdi. 16 yaşında real məktəbə getdi, burada kommersiya karyerası üçün təhsil aldı. Məktəbdə "qara qoyun" idi, həmyaşıdları onu tez-tez təhqir edirdi.
Olenivka həbsxanasında qətliam
Olenivka həbsxanasında qətliam — 29 iyul 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Donetsk vilayətinin Olenivka yaxınlığındakı Molodijne kəndində Rusiya tərəfindən idarə olunan həbsxanada ukraynalı hərbi əsirlərin yerləşdiyi binanın dağıdılması. Hadisə nəticəsində , 53–62 ukraynalı hərbi əsir həlak olmuş, 75–130 nəfər yaralanmışdır. Əsirlər əsasən Mariupolun mühasirəsində Ukraynanın son qalası olan Azovstal kompleksinin əsgərləri idilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdir ki, Rusiya orada ukraynalı əsirlərin işgəncə və qətlini ört-basdır etmək üçün kazarmanı partlatmışdır və Ukrayna rəsmiləri əvvəlcədən qazılmış məzarların peyk şəkillərini təqdim etmişdilər. Rusiya HIMARS raketinin Ukrayna ərazisindən vurulduğunu irəli sürmüşdür. Məhkəmə və silah ekspertlərinin işinə, habelə peyk şəkillərinə əsaslanan müstəqil araşdırmalar, hadisələrin Rusiya versiyasının çox güman ki, uydurma və dezinformasiya olduğunu müəyyən etmişdir, çünki zərərin HIMARS raketi tərəfindən vurulması ehtimalı praktiki olaraq yoxdur və bunun əvəzinə sübutlar həbsxananın binanın içərisində partladılmış bomba ilə partladıldığı göstərir. 3 avqustda BMT-nin baş katibi Antoniu Quterreş həm Rusiya, həm də Ukraynanın tələbi ilə faktaraşdırıcı missiya yaratmaq qərarını açıqlamışdır. Buna baxmayaraq, Rusiya BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etmiş və faktaraşdırıcı missiya ləğv edilmişdir. 29 iyul 2022-ci ildə verdiyi bəyanatda Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək vəzifəli rəsmisi Jozep Borrell Rusiyanı hücumda günahlandırmış, bunu "dəhşətli vəhşilik" və "barbar hərəkət" adlandırmışdır. Estoniya, Birləşmiş Krallıq və Fransa rəsmiləri də oxşar münasibət bildirmişdilər.
Rusiyanın Tehrandakı səfirliyində qətliam
Rusiyanın Tehrandakı səfirliyində qətliam — 30 yanvar 1829-cu ildə Rusiya səfirliyinin əməkdaşlarının və oraya sığınan erməni fitnəkarlarının fanatik qrup tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. Ölənlər arasında diplomatik missiyanın rəhbəri, yazıçı Aleksandr Qriboyedov da olub. 1828-ci ilin aprelində Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edildi. 1828-ci ilin payızında səfirlik İrana gəldi. Qriboyedovun əsas vəzifəsi şahın sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və xüsusən İkinci Rusiya-İran müharibəsinin nəticələrinə görə təzminatın ödənməsinə nəzarət idi. Bütün ölkə müharibədəki məğlubiyyətin əvəzini ödəmək məcburiyyətində qaldı, bu da İran cəmiyyətində narazılığı xeyli artırdı. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici İşlər Naziri qraf Karl Nesselrodaya məktubunda yazırdı: Müddəalarından birində ermənilərin Rusiyanın tərkibində sərbəst şəkildə köçürülməsinin mümkünlüyünü göstərən Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi. Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Xacənin qaçması xəbəri ilə şahın qəzəbinin həddi-hüdudu yox idi.
Gəlugah
Gəlugah (fars. گلوگاه‎) — İranın Mazandaran əyalətinin şəhərlərindən biri və Gəlugah şəhristanının paytaxtıdır. Gəlugah əhalisi Ümranlı elindən ibarətdir. Şəhərdə danışılan dil Azərbaycan dilidir (Azərbaycan Türkcəsi). 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,720 nəfər və 4,927 ailədən ibarət idi.
Gəluqah

Gəncgah
Gəncgah (fars. گنجگاه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 750 nəfər yaşayır (175 ailə).
Gəlugah (Babol)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəlugah (Babül)

Gəlugah şəhristanı
Gəlugah şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gəlugah şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,450 nəfər və 10,365 ailədən ibarət idi.
Gəluqah-Babol
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Gəluqah (Babol)

Gəluqah şəhristanı