CANİ Bu gün o [Fikrət], yenə ağır cinayət işlətmiş canini mühakimə eləməyə gəlmişdi (H.Abbaszadə); BƏDƏFKAR (köhn.) Çopurov: Kəlbalı naməlum bir bədəfkar tərəfindən qəflətən vurulmuşdu (S.Rəhimov); CİNAYƏTKAR Şəhər valisi bəzi müqəssir və cinayətkarlara qanuni cəza vermək əvəzinə, onları Ərk həbsxanasında dustaq edib. Zorla tiryək çəkməyə alışdırdı (A.Şaiq); QANLI Qanlı pıçıldadı, görərkən səni; Cürət eləmədən dodaq altında (M.Rahim); QANTÖKƏN (yalnız adamöldürən cinayətkar) Odabaşı: Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun Əhmədağanın evinə girməyi... özünə mümkün elərdi, daha bir siyasətində özünü (azad) hesab edərdi (Ə.Haqverdiyev); QATİL (qatı cinayətkar) Xanimana: Hara gedirsən, qatil, bura gəl! (A.Şaiq); QƏTLKAR (arx.) “Minbərdə molla yerdə də ciburü qətlkar (Ə.Nəzmi); MÜQƏSSİR.