Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəzzədə müharibə (2014)
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Qəzzədə müharibə (2023)
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Qəzzədə müharibə (2008–2009)
Qəzzə müharibəsi (ərəb. الهجوم على قطاع غزة‎; ivr. ‏מבצע עופרת יצוקה‏‎) İsrail Silahlı Qüvvələrinin Hanukanın davam etdiyi 27 dekabr 2008 tarixində yerli saatla 09:30 radələrində Həmasın israilli vətəndaşlara və hərbi bölmələrə qarşı kassam raketli hücumlar etdiyi iddiası ilə başlatdığı müharibə. 19 iyunda Misirin vasitəçiliyi ilə 6 aylıq atəşkəs elan olundu. 24 iyunda İsrail bir Fələstin İslami Cihadı komandirini öldürdü. Həmin gün İsrailə üç kassam raketi atıldı, 2 nəfər yaralandı. 26 iyulda FƏTH İsrailə raketlər göndərdi. Həmin gün Həmas İsrailin Qəzzə zolağındakı sərhəd qapılarını açmamağını atəşkəsin pozuntusu olaraq xarakterizə etdi. Bu xarakterizənin ardıyca Qəzzə zolağından İsrailə hər ay çox sayda raket və havan topu atışı davam etdi, ancaq nə İslami Cihad, nə FƏTH, nə də Həmas bu atışların məsuliyyətini öz üzərinə götürmədi. 4 noyabrda İsrail əsgərləri Qəzzə zolağına hərbi əməliyyat təşkil edib 6 Həmas üzvünü öldürdülər.
Qəzzədə müharibə (2023–hal-hazırda)
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Hüseyn Rezazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. == Olimpiadalarda iştirakı == 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.