QƏMZƏDƏ

sif. [ ər. qəm və fars. …zədə] klas. Qəmli, kədərli; bədbəxt, yazıq.
Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər; Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim. Füzuli.
Bəzm əhli dikibdir sənə yeksər gözün, amma; Gözlə məni, cana ki, füzun qəmzədəyəm mən. Q.Zakir.

// İs. mənasında.
Füzuli, demək olur ki, aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. F.Köçərli.

QƏMZƏ
QƏMZƏDƏLİK

Значение слова в других словарях