QƏMZƏ

is. [ ər. ] Naz, şivə, süzgün baxış, şivəli baxış.
Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif.
Gələndə mürğdilim ğəm gölündə pərvazə; Xədəngi-qəmzə ilə həm şikar edən sən idin. X.Natəvan.
Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad.

□ Qəmzə satmaq – naz etmək.
Şəbnəmli çiçəklər səhər çağları; Yaqut gözlərilə qəmzə satırdı. R.Rza.

Синонимы

  • QƏMZƏ qəmzə bax naz
  • QƏMZƏ naz — şivə — işvə
QƏMSİZLİK
QƏMZƏDƏ

Значение слова в других словарях