Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabyuyan maşın
Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib. Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi. Onun "əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!" — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü.
Babuyan arxipelaqı
Babuyan arxipelaqı — Luzon boğazında, Luson adasındn şimalda yerləşən arxipelaq. Luson adasından Babuyan boğazı, Betan adalarından isə Balitanq boğazı ilə ayrılır. Arxipelaqın sahəsi 620 km²-dir. Babuyan axipelaqına daxil olan 5 iri ada: Babuyan adası (100 km²), Dalupuri (50 km²), Kalayan (196 km²), Kamiquin (166 km²), Fuqa adası (100 km²). 6 kiçik ada: Barit (3,8 km²), Didikas (0,7 км²), İrao (0,2 km²), Pamoktan (0,3 km²), Panuitan (2,3 km²), Pinon (0,04 km²). İki qaya: Dilayaq (<0,3 km²), Mabaq (0,7 km²). İnzibati cəhətdən Kaqayan vilayətinə daxildir.
Hsiao Tabuyan
Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı. == Hakimiyyəti == Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı. Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi.