Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaramurad
Böyük Qaramurad
Böyük Qaramurad
Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri daxildir) mərkəzi. Böyük Qaramurad kəndi rayon mərkəzindən təxminən 18 km qərbdə, Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə tam orta məktəb, mədəniyyət evi, 2 kitabxana, ambulatoriya var. == Tarixi == Arxeoloji qazıntılar zamanı Böyük Qaramurad kəndi ərazisində son tunc dövrünə aid "Baş qalaça", "Böyük qalaça", "Bala qalaça" siklop tikililərinin cənub ətəyində daş qutu qəbir aşkar edilmişdir. Abidədən dulus məmulatı, metal əşyalar, əqiq, tunc muncuqlar və sair materiallar əldə edilmişdir. Tapıntilar Xocalı-Gədəbəy mədəniyyətinin inkişaf dövrünə (e.ə. XI-IX əsrlər) aid edilir. Böyük Qaramurad kəndində memarlıq abidələrindən alban məbədi (1634) var. == Toponimikası == Böyük Qaramurad oyk.
Kiçik Qaramurad
Kiçik Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kiçik Qaramurad oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Mənbələrin məlumatına görə, Qaramurad adlı kənd 1828-ci ildə yaranmışdır. 1826-28-ci illər Rus-İran müharibəsi dövründə Gürcüstandan İrəvana qaçmış 400 azərb. ailəsini İrəvanlı Hüseynqulu xan Zəngi çayının sağ sahilində sərhəddə məskunlaşdıraraq bir neçə kəndlə (Mürsəlli, Baratlı, ArdıĢlı, Qarakeşiş) birlikdə Qaramurad kəndini də yaratmışdı. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Qaramurad (indiki Böyük Qaramurad) kəndindən çıxmış ailələr salmışlar. Oykonim Böyük Qaramurad kənd adının qarşılığıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 892 nəfər əhali yaşayır.
Böyük Qaramurad Vəngi
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.
Böyük Qaramurad bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kiçik Qaramurad bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı