Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarapiri Bəy Qacar
Qarapiri bəy Qacar — mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə və dövlət xadimi. Qarapiri bəy Qacar Şah İsmayıl Səfəvinin ən bacarıqlı sərkərdələrindən biri idi. Hünərinə, çeviklik və qətiyyətinə görə, o "Toz qoparan" ləqəbini qazanmışdı. Qarapiri bəy Səfəvilər dövlətinin tarixində əhəmiyyətli rol oynamışdır. I Şah İsmayılın atası Şeyx Heydərin üç oğlu vardı – Sultanəli, İbrahim və İsmayıl özü. Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Əvvəlcə o, onları himayə və tərbiyə etmiş, sonra isə onların qulluğunda durmuşdur. == Tarixi == XV əsrdə Azərbaycanda Teymurun varisləri ilə Ağqoyunlu və Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Tədricən Ağqoyunluların ən görkəmli hökmdarı Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi hərbi-sufi təriqətlərindən səfəviyyənin başçısı Şeyx Cüneydə arxalanmaq istəyir. Əvvəlcə öz bacısı Xədicə bəyimi ona verir, sonra isə qızı Teodora-Aləmşahbəyimi (Trapezund imperatoru Komnenin nəvəsini) Şeyx Cüneydin oğlu şeyx Heydərə verir.