DONUZLUQ

Donuz sözünün derivatı olmayıb tam fərqli məna kəsb edir; su dəyirmanında çarxın olduğu və fırlandığı yer. (“Koroğlu” dastanının lüğəti)

Keçəl Həmzə dedi:

– Odu, girib içəridə dəyirmanın donuzluğuna, gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluğa girdi. (“Həmzənin Qıratı aparmağı”)

*

Koroğlu gördü yox, bu öz xoşuna donuzluqdan çıxmaq istəmir. İrəli yeridi. (“Həmzənin Qıratı aparmağı”)

*

O, on beş-iyirmi ağaclıq yolu bir nəfəsə gəlmişdi. Gözləri acışıb qaralırdı. Ona görə də Keçəl Həmzəni tanımadı, Düratı göstərib dedi:

– Bu atın sahibi hara getdi?

Keçəl Həmzə dedi:

– Ay ağa, atı necə gətirib bura bağladığını bilmirəm, özü gedib dəyirmanın donuzluğunda gizləndi. (Paris nüsxəsi, 6-cı məclis)

DONLUQ
DOP

Значение слова в других словарях

антиканцероге́нный непоправи́мость общелитерату́рный отсырева́ние самонава́лка серсо́ фасо́ниться беспла́новый велю́р крейси́рование радиоспе́ктр burp contrapositive drudge fire tower orificial unfold waist belt Wood Green изгаживать отрешать уныние холуй целиком этилен