Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qaraqulax
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . İndi ermənilər yaşayır.
Qarqulaq
Qarqulaq, Getap — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Aşağı Qarabulaq
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir. == Tarixi == Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. == Əhali == Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.
Qarabulaq (Abaran)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. == Əhalisi == Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qarabulaq (Ağin)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. == Tarixi == Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Qarabulaq (Bicar)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Bostanabad)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (38 ailə).
Qarabulaq (Culfa)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (125 ailə).
Qarabulaq (Germi)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (22 ailə).
Qarabulaq (Göygöl)
Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim "gur sulu bulaq" mənasındadır. == Tarixi == XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır. 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. == Coğrafiyası == Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.
Qarabulaq (Gədəbəy)
Qarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmətkənd inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd 1926-cı ildə Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış və Q.Musabəyovun adı ilə adlanmışdı. 1953-cü ildən indiki adı daşıyır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarabulaq (Həştrud)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (78 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qarabulaq (Miyanə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (66 ailə).
Qarabulaq (Mərənd)
Qarabulaq (fars. ساري تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (29 ailə).
Qarabulaq (Oğuz)
Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" — "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir. Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür. Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.
Qarabulaq (Qax)
Qarabulaq — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidi tərkibindəki Qarabulaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qarabulaq (Qazaxıstan)
Qarabulaq (qaz. Қарабұлақ) — Qazaxıstanda qışlaq. Çimkəndin 45 km şərqində, Qarasu çayının sahilində yerləşir. Əhalisi 45 mindən çoxdur. Əhalinin 99 faizi özbəklər təşkil edirlər.. Qışlaqdə həmçinin qazaxlar və başqa millətin nümayəndələri də yaşayırlar. == Tarix == Karabulak qəsəbəsinin tarixi Böyük İpək Yolunun çiçəkləndiyi dövrə gedib çıxır. Karabulak ilkin Karabulak kəndinin başındakı bulaqlardan qaynaqlanan Karasu və Qaynarbulak çaylarının ətrafında yerləşir. Çindən qərbə və geriyə gedən tacirləri olan karvanlar bulaq sularının yaxınlığında müvəqqəti dayandılar. Keçmiş tacirlərin əlaqələri keçən karvanlarla ticarət mübadiləsinin inkişafına kömək edirdi.
Qarabulaq (Soyuqbulaq)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Sultaniyə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,471 nəfər yaşayır (360 ailə).
Qarabulaq (Sərab)
Qarabulaq (fars. قره بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (26 ailə).
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qarabulaq (Talin)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Gurbulaq
Gurbulaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Gurbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Oykonim ərazidəki gur sulu bulaqlarla bağlı yaranmışdır. Kəndi 1922-ci ildə Zəylik kəndindən çıxmış ailələr "Gurbulaq" adlanan yaylaq yerində salmışdır. Sovet dövründə kommunist dövlət xadimi Stepan Şaumyanın şərəfinə adı "Şaumyan" olaraq dəyişdirilmişdir. 1991-ci ildə isə kəndin keçmiş adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gurbulaq kənd kitabxana filialı, Gurbulaq kənd klubu fəaliyyət göstərir.
Gurbulaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qаrаbulаq nеkrоpоlu
Qаrаbulаq nеkrоpоlu — Erkən Dəmir dövrünün аbidəsidir. Nеkrоpоl Mахtа kəndindən şimаl-şərqdə, Naxçıvan-Sədərək şоsе yоlunun sаğ tərəfində yеrləşir. Nеkrоpоlun ərаzisi 5 hеktаrdаn аrtıq sаhəni əhаtə еdir. О, cənub tərəfdə iri suvаrmа kаnаlı ilə məhdudlаşır. Nеkrоpоl 1988-ci ildə təsərrüfаt işləri görülərkən təsаdüfən аşkаr оlunmuşdur. Bu zаmаn dаğılmış qəbirlərdən gil qаblаr tоplаnmış və Şərur rаyоn tаriх-diyаrşünаslıq muzеyinə vеrilmişdir. Аrхеоlоji tаpıntılаr əsаsən bоz rəngdə bişirilmiş çаynik kаsа və bаnkа tipli gil qаblаrdаn ibаrətdir. Оnlаrın gilinə nаrın qum qаtılmış, yахşı bişirilmişdir. 1988-1989-cu illərdə nеkrоpоlun ərаzisində аpаrılаn kəşfiyyаt хаrаktеrli tədqiqаtlаr zаmаnı müəyyən еdilmişdir ki, Qаrаbulаq nеkrоpоlu kurqаn tipli аbidələrdən ibаrətdir. Kurqаnlаr yеr səthindən 1-1,5 m yüksəklikdədir.