Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
kənd | |
Qaraqulax | |
---|---|
39°53′44″ şm. e. 45°16′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən[4] əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.
Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır [5]. İndi ermənilər yaşayır.