Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. == Təfsiri == === Sünni mənbələrində === "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. === Şiə mənbələrində === "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Qardaşlıq Köməyi (1944)
== Məzmun == Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir. Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq. Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar. Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağaəli Dadaşov Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Leonid Koretski Bəstəkar: Tofiq Quliyev Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == M. Əmrahov.
Əbədi Qardaşlıq (1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Sosialist qardaşlıq öpüşü
Sosialist qardaşlıq öpüşü və ya sosialist qardaşlıq qucaqlaşması — sosialist ölkələrinin dövlət xadimləri arasında xüsusi salamlaşma forması idi. Bu hərəkat sosialist dövlətləri arasında xüsusi bir əlaqənin mövcudluğunu ifadə edirdi. Sosialist qardaş öpüşü yanaqlarda üç öpüşdən ibarət idi. Xüsusi günlərdə bir-birini daha yaxından görən iki lider bu yaxınlığı dodaq-dodağa öpərək nümayiş etdirirdilər. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi. İosif Stalin Sovet lideri olduqdan sonra 1936-cı ildə hərbi pilot Valeri Çkalov onun dodaqlarından öpməyə cəhd edəndə əvvəlcə tərəddüd etmişdir, lakin o, tanış olmadığı bu ənənəyə öyrəşmiş və 1937-ci ildə hərbi pilot Vasil Molokovu özü öpüşmüşdür. Sosialist liderlər arasında Leonid Brejnev ən çox dodaqdan öpüşmə ilə məşhurdur. 1974-cü ildə Sovet İttifaqına səfər edən Kuba lideri Fidel Kastro Brejnevin öpüşməməsindən yayınmaq üçün puro çəkərək təyyarədən düşdüyü deyilir. Ən məşhur sosialist qardaşlıq öpüşü 1979-cu ildə Sovet lideri Leonid Brejnev və Şərqi Almaniya lideri Erix Honekker arasında Şərqi Almaniyanın yaranmasının 30-cu ildönümünü qeyd edən öpüşdür. Məşhur rəssam Dmitri Vrubel bu öpüşü 1990-cı ildə Berlin divarına qraffiti kimi çəkmişdir.
Qardaşlıq köməyi (film, 1944)
== Məzmun == Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir. Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq. Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar. Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağaəli Dadaşov Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Leonid Koretski Bəstəkar: Tofiq Quliyev Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == M. Əmrahov.
Əbədi qardaşlıq (film, 1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Əbədi qardaşıq (film, 1965)
== Məzmun == Film Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında söhbət gedir. Kinolentdə arxiv materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Diktor mətninin müəllifi: N.Şpikovski Mahnıların mətninin müəllifi: Zeynal Cabbarzadə Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Vladimir Konyagin Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Şamil Kərimov Mahnıları ifa edən: Rəşid Behbudov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi — Ukrayna Sovet Sosialist Respublikası ilə Türkiyə arasında imzalanan 1922-ci il tarixli müqavilədir. == Arxa plan == Çarlıq dövründə hələ I Dünya müharibəsi başlamadan Ukraynada Rusiyaya qarşı artan müstəqillik istəyi ilə Ukrayna Qurtuluş Birliyi qurulmuşdu. 1914-cü ildən etibarən qurduğu şöbələrdən birini də İstanbulda qurmasıyla Ukrayna ilə təkrar birbaşa əlaqə quruldu. 1917-ci ildə bolşevik inqilabı ilə başlayan Brest-Litovsk danışıqları dövründə Osmanlı dövləti və Ukrayna arasında 9 fevral 1918-ci ildə sülh müqaviləsi imzalandı. Bu müqaviləylə Ukraynanın müstəqilliyi də tanınmışdır. Bu dövrdən sonra ikili əlaqələr dostanə münasibətlər sərgilənmişdir. İki dövlət arasında müharibə dövrü boyunca əsir edilən hərbçi və mülkilərin geri gerilməsi üçün 12 fevral 1918-də və daha sonra 17 sentyabr 1921-ci ildə müqavilələr imzalanmışdır. Bundan sonra diplomatik münasibətlər sıxlaşmış və qarşılıql olaraq Türk-Ukrayna səfirlik heyətləri göndərilmişdir. Edilən ticari müqavilələrlə hər iki tərəf ticari haqlar qazanmış və ortaq ticari fəaliyyətdə olmuşdur. Digər tərəfdən 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında sülh, hətta yardımlaşmaya çatan dostluq dövrü başladı.
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir. Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Canım qardaşım (film, 1973)
Ağın qardaşı (film, 2012)
Ağın qardaşı qısametrajlı sənədli televiziya filmi rejissor Ruslan Mollayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Mədəniyyət televiziyasında istehsal edilmişdir. ilm Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur. == Məzmun == Film Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur. Vaqif İbrahimoğlu 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır. O, «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Qardaşın axtarışında (film, 2000, Hindistan)
Qardaşın axtarışında (hind: फ़िज़ा, Urdu: ﻓﻀﺎ‎, Rom: Fiza) — rejissor Xalid Məhəmmədin 2000-ci ildə çəkdiyi Hindistan kriminal dramıdır. Film Filmfare Mükafatlarında 8 nominasiyada təqdim olunmuş və 2 nominasiyada qalib gəlmiş, həmçinin də yaradıcılarına bir neçə IIFA və BFJA mükafatlarını qazandırmışdır. == Süjet xətti == Qardaşın axtarışında filmi dindən istifadə edən siyasətçilərin idarə etdiyi ölkədə yaşayan bir ailənin hekayəsindən bəhs edir... Fiza gənc qızdır (Karisma Kapoor), Aman gənc oğlandır (Hritnik Roshan) Fiza və Aman iki bacı-qardaşdır. Bir gecə evdə anaları ilə otururlar. Yatmağa gedəndə dostları Amanı çağırıb deyirlər ki, bir dükanı yandırıblar, siyasi müharibə gedir... Aman getmək istəməsə də, getmək məcburiyyətində qalır... Bir müddət sonra dostları gözünün qabağında öldürülür və o da sonuncu dəfə aşağıdan balkonda dayanan anası və bacısına baxır və oradan qaçır. Böyük bacısı Fizə onu axtarmağa başlayır. Amma onu axtarmağa başlayanda hər şeyin dəyişəcəyindən xəbərsizdir.
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir. Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г.
Müsəlman Qardaşlığı
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. == Yaranması == Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. == İnkişafı == 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Suriyada "Müsəlman Qardaşlığı"
Suriyada "Müsəlman Qardaşlığı" (ərəb. الإخوان المسلمون في سوريا‎) — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur. == Fəaliyyəti == 1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar. "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir. == Həmada qiyam == 1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir. Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.
Fəhlə Qardaşlığı Partiyası
Fəhlə Qardaşlığı Partiyası (türk. İşçi Kardeşliği Partisi, İKP) — Türkiyədə demokratik sosialist siyasi partiya. Fəhlə Qardaşlığı Partiyası 2006-cı ilin iyununda təsis edilmiş və 2010-cu ilin martında adını "Türkiyə Birləşmiş Fəhlə Partiyası" (türk. Türkiye Birleşik İşçi Partisi, TBİP) olaraq dəyişmişdir. Sədri Mehmet Şadi Ozansüdür.
Üzüklərin hökmdarı: Üzük qardaşlığı
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsəri əsasında 2001-ci ildə rejissor Piter Ceksonun çəkdiyi film trilogiyasının birinci hissəsidir. Ekranlara 19 dekabr 2001-ci ildə buraxılmışdır. Film 4 Oskar və 68 digər mükafat və 81 nominasiya qazanmışdı. 2001-ci ildə istehsal olunan film fentezi janrında olan filmlər üçün dönüş nöqtəsi yaratmışdır. 2017-ci ilə qədər ən yaxşı film siyahılarında yer almışdır. 2001-ci ildə ABŞ-nin ikinci ən çox gəlir gətirən fentezi filmi hesab olunmuşdur. == Məzmun == Orta Dünyanın İkinci Dövründə elflərə, qnomlara və insanlara qüvvət üzükləri verilir. Üzüklərdən üçü, varlıqların ən arifi və ən zərifi ölməz elf xalqına, yeddisi mahir mədənçilər, sənətkarlar və dağların dərinliklərində yaşayan qnomlara, doqquzu isə varlıqların ən gücə düşkünü olan insanlara verilmişdi. Bu üzüklər bütün dünyanı mühafizə etmək gücündədir.
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (film, 2001)