Üzüklərin hökmdarı: Üzük qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsəri əsasında 2001-ci ildə rejissor Piter Ceksonun çəkdiyi film trilogiyasının birinci hissəsidir.[19][20][21] Ekranlara 19 dekabr 2001-ci ildə buraxılmışdır.[22]
Üzüklərin hökmdarı: Üzük qardaşlığı | |
---|---|
ing. The Lord of the Rings: The Fellowship of the Ring | |
Janr | fentezi filmi[d][1][2][…], macəra filmi[1][3][…], dram filmi, döyüş filmi, roman ekranlaşdırması[d] |
Rejissor | |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Bəstəkar | |
Montajçı | Con Qilbert[d] |
İstehsalçılar | New Line Cinema |
Distribütor | New Line Cinema |
İlk baxış tarixi | 19 dekabr 2001[1][3][…], 19 dekabr 2001[12], 10 yanvar 2002[13], 2001, 18 yanvar 2002[14] |
Müddət | 178 dəq.[15], 208 dəq.[16], 228 dəq.[17] |
Büdcə | 93.000.000 $ |
Gəlir | 887.433.303 $[18], 319.372.078 $[18] |
Ölkələr | |
Dil | ingilis dili |
Sonrakı film | Üzüklərin hökmdarı: İki qala |
Rəng | rəngli |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0120737 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film 4 Oskar[23] və 68 digər mükafat və 81 nominasiya qazanmışdı. 2001-ci ildə istehsal olunan film fentezi janrında olan filmlər üçün dönüş nöqtəsi yaratmışdır. 2017-ci ilə qədər ən yaxşı film siyahılarında yer almışdır. 2001-ci ildə ABŞ-nin ikinci ən çox gəlir gətirən fentezi filmi hesab olunmuşdur.
Orta Dünyanın İkinci Dövründə elflərə, qnomlara və insanlara qüvvət üzükləri verilir. Üzüklərdən üçü, varlıqların ən arifi və ən zərifi ölməz elf xalqına, yeddisi mahir mədənçilər, sənətkarlar və dağların dərinliklərində yaşayan qnomlara, doqquzu isə varlıqların ən gücə düşkünü olan insanlara verilmişdi. Bu üzüklər bütün dünyanı mühafizə etmək gücündədir. Lakin elflər, qnomlar və insanlar aldadıldıqlarından xəbərsizdirlər. Mordor diyarında Orodruin dağının alovunda üzük sahiblərindən xəbərsiz Qaranlıq hökmdarı Sauron hökm edən əsas üzüyü döyür. Bu üzük sayəsində Qaranlıq hökmdarı Sauron bütün varlıqlara hökm edə bilmə gücündədir. Dünyanın bütün sivil insanları, xalqları Tək üzüyün gücü sayəsində süquta uğramaqda davam edirlər. Elflər hökmdar Elrondun, insanlar isə kral Elendilin[en] başçılığı ilə son ittifaqa girərək Qaranlıq Hökmdarı Saurona qarşı döyüşmək qərarına gəlirlər və Mordora doğru ordu yeridirlər. Döyüş zamanı Sauron kral Elendili öldürür. Kralın oğlu İsildur[en] isə atasının qılıncını alaraq Sauronun barmağını kəsir. Bununla döyüş sona yetir və insanlarla elflər qələbə çalırlar. Sauron məhv olur. Üzük İsildurun əlinə keçir. Bütün qara qüvvələri məhv etmək şansı ona verilir. Lakin tamahkarlıq onu bu yoldan döndərir və üzük istənilən halda öz müqəddaratını özü həll edirdi. Bir müddət sonra İsildur ork hücumundan qorunmaq üçün üzüyü taxır və çaya girir. Üzük İsildura xəyanət edir və onun barmağından çıxır. Bu isə onun ölümünə səbəb olur. Üzük çayın dərinliklərində itir. 2500 il sonra üzük yenidən ortaya çıxır. Üzük özünə yeni bir daşıyıcı Smeqolu tapır. Üzük, Smeqol və yoldaşı Deqol balıq tutarkən Deqol tərəfindən tapılır. Lakin Smeqol yoldaşını boğaraq öldürür və üzüyü ələ keçirir. Üzük Smeqolu məhv edir. Ona uzunömrülülük bəxş edir və 500 il Smeqolun ağlını başından alır. Üzük zamanın gəldiyini anlayır və Smeqolu tərk edir. Bu dəfə onu, Qandalfla uzun səyahətə çıxan, Şırdan olan Bilbo Bəggins tapır.
60 il sonra Bilbo Bəggins 111-ci doğum gününü qeyd edir və köhnə dostu Cadugər Boz Qandalf ilə yenidən görüşür. Çıxışı zamanı Bilbo Bəggins son macəra üçün Şırı tərk etmək zamanı olduğunu deyir və üzüyü Qandalfın təkidi ilə qardaşı oğlu Frodo Bəgginsa təhvil vermək məcburiyyətində qalır. Bilbo Bəggins artıq üzüyün təsirindən ağlını itirmək dərəcəsindədir və onu buraxmaq istəmir. Lakin Boz Qandalfı aldatmaq çətin məsələdir. Qandalf Frodoya üzüyü gizlətməsini tapşırır və üzük haqqında dəqiq araşdırmalar aparmaq üçün Qondorun Minas Tirit şəhərinə gəlir və üzüyün məhv edilməsi üçün geri qayıdır. Frodonu orklar və Qollum barədə məlumatlandırır və Semuayz Qemci ilə birlikdə Şırdan çıxmasını tələb edir. Qandalf isə digər böyük rütbəli cadugər, dostu Ağ Sarumanı xəbərdar etmək üçün İzenqarda[en] yollanır. Saruman isə artıq düşmənlə ittifaqdadır və Qandalfı bir müddət əsir saxlayır.
Frodo və onun yoldaşları Bri kəndində mehmanxanaya çatırlar, burada onları şimalın sirli ləpirçisi müşahidə edir. Meyxananın zalında Frodo təsadüfən Üzüyü taxır nəticədə nazqullar dərhal onun yerini müəyyənləşdirirlər (Qandalf əvvəllər Frodonu Tək üzüyü taxmamağı xəbərdar etmişdi, çünki onun gücü Qaranlıq Hökmdarın davamçılarının diqqətini cəlb edə bilər). Ləpirçi Araqorn hobbitləri öz otağına aparır və onlara Rivendella getməklərini təklif edir. Gecə nazqullar Briyə daxil olurlar və hobbitlərin boş otaqlarına soxulurlar, sonra məqsədlərinə çatmamış şəhəri tərk edirlər. Araqorn hobbitləri meşələr və bataqlıqlar içərisilə aparır, lakin nazqullar da onlardan geri qalmırlar.
Hobbitlər Külək yüksəkliyi təpəsində yerləşən Amon Sul gözətçi qülləsinin xarabalıqlarında düşərgə qururlar, Araqorn hobbitlərə silah verir və kəşfiyyata gedir. Merri və Pippin ağılsızcasına atəş yandıraraq, nazqulların diqqətini cəlb edirlər, hobbitlərə dərhal hücum edilir, hobbitlər isə onlara müqavimət göstərməyə cəhd edirlər. Araqorn düşməni qovmağa müvəffəq olur, lakin nazqulların lideri Cadugər-kral Morqul qılıncı ilə Frodonu ciddi şəkildə yaralalıyır. Araqornun sevgilisi elf Arven[en], Frodonu Rivendella aparır, onu nazqullar təqib edir. O, çaya çatmağı bacarır və burada sehrin köməyi ilə çayın bütün gücünü təqib edənlərin üzərinə uçurdur. Lord Elrond Frodonu müalicə edir və o, Rivendella düşdüynü anlayır, burada İzenqarddan qaçan Qandalfla, sonra isə Bilbo ilə görüşür.
Qandalf Frodonun yarasının sağalmasını izləyir (baxmayaraq ki, yaranın tam sağalmayacağını və onu ömrünün sonuna qədər narahat edəcəyini bilir) və Elronda Sarumanın planlarından danışır. Rivendell Lordu Üzüyü onun ərazisində saxlamağını təhlükəli olduğunu söyləyir və Barad-dur döyüşündən sonra İsilduru Üzüyü Tale dağının lavasına atmağını razı saldığını, lakin İsildur, fikrini son an dəyişdiyni xatırlayır. Bu an insanların, elflərin və qnomların nümayəndələri Mordordan gələn təhlükəyə necə cavab verəcəyinə qərar vermək üçün Rivendella gəlir. Gecə Araqorn və Elrondun qızı Arven ünsiyyət qururlar və sevgililər Arven boyunbağını Araqorna verdiyi anı yada salırlar.
Rivendellda baş tutan məclisdə Araqorun İsildurun nəslindən olduğu və Qondor taxtının varisi olduğu məlum olur, Qandalf isə Üzüyün üzərindəki yazıları oxuyur, lord Elrond Üzüyü məhv etmək qərarına gəlir və onu Mordorun mərkəzində yerləşən Tale dağın alovuna atılmalı olduğunu bildirir. Qondorun sərdarının oğlu Boromir bunun qeyri-mümkün olduğunu bəyan edir: Mordor barsız, yanmış, zəhərli səhradır və onun Qara darvazalarını təkcə orklar mühafizə etmir, orada güclü şər gizlənir və Sauronun hər şeyi görən Gözü Barad-durun başında hər şeyi görür. Frodo Üzüyü Mordora aparmağı öz öhdəsinə könüllü götürür bununla elflərin və qnomların günahı ilə başlayan mübahisəyə son qoyur. Onun hobbit dostları, Qarameşə elfi Leqolas, sehrbaz Qandalf, Erebor krallığının qnomu Gimli və insanlardan olan Boromir, Araqorn onu müşayiət etməyə çağırılırlar. Elrond bu dəstəni Üzük Qardaşlığı adlandırır və onları yola salırlar.
Rohan darvazalarının yaxınlığında, Sarumanın Dundlanddan olan krebainləri — qarğa casusları, Üzük qardaşlığı dəstəsini aşkar edirlər. Buna görə qəhrəmanlar Karadrasın qarlı aşırımından keçməli olurlar, lakin Sarumanın cadusu qar fırtınasına səbəb olur. Müzakirədə Frodo qnomların qədim yeraltı Moriya krallığından keçən keçidi seçir. Saruman və Qandalf bilirlər ki, Khazad-dûm qnomları həddən artıq acgözlüklə dərin qazaraq vaxtilə orada qaranlıq və atəşi təcəssüm etdirən dəhşətli şərin oyanmasına səbəb olmuşdular. Moriyanın tapmacayla açılan qapılarını açan qəhrəmanlar az qala sualtı səkkizayaqa bənzər bədheybət Sualtı Mühafizəçisinin qurbanı olmadan, yeraltı mağaraya daxil olurlar. Moriyanın darvazaları dağılır, geriyə yol kəsilir. Gimli qnomlarla görüşə can atır, lakin darvazanın qabağında yalnız orkların və qoblinlərin oxları ilə deşilmiş qnom skeletlərini, daha sonra isə Gimlinin əmisi oğlu, Moriyanın hökmdarı və Torin Palıd-sipərin qohumu Balinin məzarını aşkarlayırlar, Gimli acı şəkildə ağlayır. Pippin skeletə toxunur, nəticədə skelet təsadüfən quyuya düşərək ağır yükü də özü ilə sürükləyir. Səs-küyə qoblin dəstəsi və mağara trollu gəlir. Qəhrəmanlar çıxılmaz döyüşə girirlər, troll nizə ilə Frodonun sinəsinə şiddətli zərbə endirir, lakin mitril zirehi onu xilas edir. Üzük qardaşlığı Moriyadan çıxışa tələsir, lakin onları ork qoşunu mühasirəyə alır, hansı ki müəyyən bir bədheybətin hərəkətini eşidərək dərhal qorxu içində dağılışırlar. Qəhrəmanlar dibsiz uçurumun üstündən keçən Khazad-dûm körpüsünə çatırlar, lakin onları qədim dünyanın alovlu iblisi Balroq[en] təqib edir, hansı ki Durinin bəlası adlandırılırdı (orkları məhz o qorxudmuşdu). Qandalf onunla döyüşə girir və balroqla birlikdə körpünü uçuruma endirir, lakin o, qamçısını sehrbazın ayağına bürüyərək onu özü ilə çəkib aparır. Araqorn dəstəyə başçılıq edərək yoldaşlarını mağaradan çıxarır, hobbitlər Qandalf üçün yas tuturlar.
8 nəfərlik dəstə Lotlorien meşələrinə gəlir, burada meşə elflərinin gözətçi dəstəsi onları saxlayır. Araqorn gözətçilərin komandiri Haldirdən xahiş edir ki, onları hakim ledi Qaladrielin yanına aparsın. Qəhrəmanlar Lorien krallığında gecələyirlər. Araqorn Boromirlə Qondorun paytaxtı haqqında danışır, Qaladriel isə Frodoya sehrli güzgüsünü göstərir. Sauronun gözü sehrli güzgü vasitəsilə Frodonu aşkar etdikdən sonra, Frodo üzüyü elf kraliçasına verməyi təklif edir, lakin Qaladriel onda Qaranlıq hökmdarın əvəzinə Qaranlıq xanım olacağını bəyan edərək imtina edir. Elflər səyahətçiləri lazım olan hər şeylə təmin edirlər və onları qayıqlarda Anduin çayı ilə yola salırlar. Saruman günəş işığında hərəkət etməyə qadir olan yeni yaratdığı Uruk-hay qəbiləsindən Lurtzun başçılıq etdiyi dəstəsini onları axtarmaq üçün göndərir.
Qəhrəmanlar Anduin çayı ilə aşağı üzürlər və Arqonat sütunlarını keçərək sahilə enirlər. Düşərgə kənarında Boromir xalqını xilas etmək üçün Frododan Üzüyü ona verməsini tələb edir. Frodo imtina edir, Boromir Üzüyü zorla almağa çalışır, lakin Üzüyü taxıb görünməz olan Frodo ondan qaçır. Hobbit Amon Hen kreslosuna qalxaraq Sauronun Gözünü görür. Araqorn Frodonu tapır və yolu tək başına davam etməyə onu razı salır. Böyük bir ork dəstəsi peyda olur. Araqorn düşmənin diqqətini özünə tərəf çəkərək onlarla döyüşə girir, bununla Frodo qaçmaq üçün fürsət tapır. Araqorun köməyinə Gimli və Leqolas gəlir. Qəhrəmanlar Boromirin şeypurunun səsini eşidirlər. Məsələ orasındadıki, Merri və Pippin Frodonu xilas etmək üçün özlərini qurban verərirlər, orkların diqqətini özlərinə çəkirlər, buna görədə Boromir onların köməyinə gəlir, lakin şeypurunu çalaraq yerini bütün düşmən dəstəsinə bildirən Boromir nəticədə tək başına çox saylı orklara müqavimət göstərir. Hobbitlərin gözü önündə cəsur Qondor sərkərdəsi bir çox orkları məhv edir, lakin bura gələn Lurtz onu çoxlu oxla yaralayır, uruk-haylar Pippin və Merrini yaxalayandan sonra geri çəkilirlər. Lurtz qalaraq Boromiri bir zərbə ilə öldürmək istəyir, hansı ki artıq ölümü şərəflə qəbul etməyə hazır olmuşdu, lakin ən son anda gələn Araqorn müdaxilə edərək Lurtzu çətin dueldə sağ qolundan və başından məhrum edərək öldürür. Ölərək, Boromir Araqorna Frododan Üzüyü almaq cəhdindən danışır və etdiyi əməldən peşman olduğnu bildirir, və Araqornu öz kralı kimi qəbul edir. Ölən Boromiri elf qayığına qoyub Anduin çayına buraxdıqdan sonra Araqorn, Gimli və Leqolas orkları təqib etmək və Pippin və Merrini xilas etmək qərarına gəlirlər. Frodo və ona qoşulan Sem, Anduin çayının əks sahilinə üzərək Mordora doğru yola davam edirlər.
Aktyor/Aktrisa | Rol |
---|---|
Elayca Vud | Frodo Beggins[en] |
Yan MakKellen | Qandalf |
Şon Əstin | Semuayz Qemci |
Viqqo Mortensen | Araqorn (Qərib) |
Şon Bin | Boromir |
Orlando Blum | Leqolas |
Dominik Monaqan | Meriadok Brendibak (Merri) |
Billi Boyd | Pereqrin Tuk (Pippin) |
Con Ris-Devis | Gimli |
Kristofer Li | Ağ Saruman |
Hüqo Uivinq | Elrond |
Liv Tayler | Arven |
Keyt Blanşett | Qaladriel |
Márton Çokaş | Keleborn |
Yen Holm | Bilbo Beggins[en] |
Lourens Makoare | Lurtz |
Kreyq Parker | Haldir |
Mark Fergüson | Gil-qalad |
Piter MakKenzi | Elendil |
Harri Sinkler | İsildur |
Şeyn Rangi | Cadugər-kral |
Brent Makintayr | Cadugər-kral (dublyor) |
Sala Beyker | Sauron |
Endi Serkis | Qollum |
Sara Maklaud | Rozi Kotton |
Piter Cekson | kök yeyən adam |