Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarovulçu dövlət
Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir. Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir. Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür. Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır. Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir. == Etimologiya == Qarovulçu dövlət (alm. Nachtwächterstaa‎) termini almaniyalı sosialist filosof Ferdinand Lassal tərəfindən 1862-ci ildə Berlin şəhərində söylədiyi nitq zamanı yaradılmışdır.
Qarovul
Qarovul (ümumtürk) — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük. Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur. == Növləri == Fəxri qarovul — Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə == İstinadlar == == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.