HARİQƏ
HARR
OBASTAN VİKİ
Cüveyriyə binti Haris
Cüveyriyə binti Haris (ərəb. جويرية بنت الحارث‎; 608, Mədinə – 1 aprel 676, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Cüveyriyə binti Haris Bəni-Müstəlikənin rəisi əl-Harisin qızıdır. 626-cı ildə müsəlmanlar Müstəlik qəbiləsini məğlub edir, nəticədə Cüveyriyə əsir düşür. Onun atası Məhəmməd peyğəmbərin hüzuruna onun azadlığa buraxılması üçün dəvələri fidyə verməsinə məcbur olur. Cüveyriyə azad edildikdən sonra Məhəmməd peyğəmbər onun atası və tərəfdaşları ilə söhbət edir. Nəticədə onlar İslamı qəbul etdirlər. Bundan sonra Məhəmməd peyğəmbər Haris ibn Əbu Dirardan Cüveyriyəni istəyir. Bu evliliyin səbəblərindən biri də Məhəmməd peyğəmbərin Ərəbistan yarımadasında kifayət qədər nüfuz sahibi olan Bənu Müstəlik tayfası ilə yaxşı münasibət qurmaq istəyi olur. Nikah bağlandıqdan sonra müsəlmanlar 100-ə yaxın əsir Müstəliki ailəsini azad edir.
Lübabə binti Haris
Lübabə binti Haris (593, Məkkə – 655, ərəb. لبابة بنت الحارث‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə. O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
Meymunə binti əl-Haris
Meymunə binti əl-Haris (ərəb. ميمونه بنت الحارث‎; təq. 592, Məkkə – yanvar 672, Məkkə və ya Əməvilər xilafəti) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == O, Məkkədəki Bəni Hilal qəbiləsindən olmuşdur. Anasının adı Hind bint Avfdır. Meymunə binti əl-Haris Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Umm əl-Fədlin bacısı olmuşdur. Doğulanda onun adı Barra olur, lakin Məhəmməd peyğəmbər onun adını Meymunə qoyur. Bütpərəstlik dövründə o, Məsud ibn Amrla evlənir, lakin sonra onu boşayır. Meymunə binti əl-Haris Əbu Ruxum ibn Əbdül-Uzzu ilə evlənmişdir. Bir müddət sonra o, dul qalır.
Əl-Haris ibn Kələda
Əl-Haris ibn Kələda (ərəb. الحارث بن كلدة‎; ö. 13 h.q./634–35) — ərəb həkimi və İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslamın zühurundan əvvəl tibbi bilik axtarmaq üçün Gündəşapura səyahət etdiyi deyilir. == İstinadlar == == Əlavə oxu == C. Pellat, "al-Harith B. Kalada," EI2, supplement (1980). == Xarici keçid == "The Essay on the Natural Questions of al-Ḥārith". Islamic Medical Manuscripts. İstifadə tarixi: 22 September 2012.
Seyf ibn əl-Haris əl-Həmdani
Seyf ibn əl-Haris əl-Həmdani — Aşura günü Kərbəla döyüşündə şəhid. == Nəsil == Seyf ibn Haris (Haras) ibn Surey ibn Cabir əl-Həmdani əl-Cabiri əslən Yəməndən olan və Kufədə yaşayan Həmdan qəbiləsinin bir qolu olan Bəni Cabirdən idi. == Kərbəla döyüşündə == Seyf ibn Haris ibn Surey və Malik ibn Abdullah əmioğlu idilər. Kərbəlaya getdilər və Hüseyn ibn Əlinin səhabələrinə qoşuldular. Aşura günü Hüseynin düşmən qoşunu ilə qarşılaşdığını gördükdə ağlaya-ağlaya onun yanına getdilər. Hüseyn onlara dedi: "Ey əmioğlular! Niyə ağlayırsınız? Vallah, inşallah gözləriniz tezliklə (cənnətə) nurlanar." Cavab verdilər: “Allah bizi sənə qurban eləsin, Allaha and olsun ki, biz özümüz üçün ağlamırıq, lakin ağlamağımız, sizin mühasirəyə düşündüyünüzü görüb müdafiə edə bilməməyimizə görədir." Hüseyn dedi: “Allah sizə müttəqilərə verdiyi mükafatın ən gözəlini sizin səhabəliyiniz və müdafiəniz üçün versin." Hənzələ ibn Əsəd əl-Şibami şəhid olduqdan sonra Seyf və Malik Hüseynə salam verdilər. Hüseyn onların salamına cavab verdi və onlar düşmənə tərəf hərəkət etdilər. Onlar hər ikisi şəhid olana qədər bir-birinə dəstək olaraq vuruşdular.
Bəra ibn Azib ibn Haris əl-Ənsari
Bəra ibn Azib ibn Haris əl-Ənsari (ərəb. البراء بن عازب‎; 600, Mədinə – 690, Kufə) — Məhəmməd peyğəmbərin səhabəsi və ondan hədis ötürən. == Həyatı == O, Mədinə şəhərində anadan olmuşdur. O, Aus qəbiləsinin Banu Haris sülaləsindən idi. Müsəlmanların Mədinəyə köçməsindən əvvəl erkən yaşda İslamı qəbul etmişdir. Atası ondan əvvəl İslamı qəbul etmişdir. İbn Ömər və Üsamə ibn Zeyd kimi, gənc yaşına görə müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etməsi qadağan edilmişdir. Uhud və Xeybər yaxınlığındaki döyüşlərdən sonra müsəlmanların demək olar ki, bütün döyüşlərində iştirak etmişdir. Tarixçilərə görə, o, 14-18 döyüşlərdə iştirak etmişdir. 631-ci ildə Xalid ibn Vəlidlə birlikdə İslamı yaymaq üçün Yəmənə yollandı.
Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zayd olaraq keçir. == Bioqrafiya == Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. == Övladlığa götürmə == Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.

Значение слова в других словарях