Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarağatlı
Qarağatlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qarağatlı kəndi dəqiqləşdirmə qaydasında Göyəbaxan kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qalaaltı
Qalaaltı — Azərbaycan Respublikasının Şabran rayonun inzibati ərazi vahidində kənd == Toponimikası == "Qalanın altında, aşağısında yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi V–VI əsrlərə aid Çıraqqala qalasının aşağısında, alt tərəfində bina edildiyi üçün belə adlanmışdır. İlk sakinləri yaxınlıqdakı Çalğan kəndindən çıxmış ailələr olmuşdur. Kəndin yaxınlığında müalicə əhəmiyyətli mineral su çıxır. Qalaaltı balneoloji kurortu burada yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Çıraqqala dağının yamacında, hündür ərazidə yerləşir. Kənddə məşhur sanatoriya fəaliyyət göstərir ki, onun da ərazisində müalicəvi bulaq var. == Əhalisi == Əhalisinin sayı 179 nəfərdir (2009-cu il). == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Şabran rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 180 000 manat vəsait ayrılmışdır.
Tavaaltı
Tavaaltı — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır. Şimalında Böyük Tava adası yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Biberşteyn qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Komarov qarağatı
Komarov qarağatı (lat. Ribes komarovii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Tavaaltı adası
Şərq qarağatı
Şərq qarağatı (lat. Ribes orientale) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Şimali İranda, Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə çatan koldur. Zoğları hamar və ya tikanlıdır. Yaşlı budaqların qabığı uzun saplaq şəklində soyulur. Yarpaqları tökülən, neştərvari, saplaqlı, 3-5 dilimli, cərgə ilə düzülmüş, tünd yaşıl, hər iki tərəfdən zəif tüklərlə və çoxlu miqdarda vəziciklərlə örtülüdür. Yarpaq dilimlərinin kənarları dəyirmi-böyrəkvari dişlidir. Tumurcuqları az miqdarda dərivari və ya otlu pulcuqlara malikdir. May-iyun aylarında çiçəkləyir.
Qayalıq qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Qalaaltı Hotel & SPA
"Qalaaltı Hotel & SPA" — Azərbaycan Respublikasının Şabran rayonunun ərazisində yerləşən müalicə-istirahət kompleksi. == Ərazisi == Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub.Kompleksin yerləşdiyi ərazi gözəl və füsunkar təbiətə malik olmasına baxmayaraq, burada əlavə yaşıllıq da salınıb. Ərazidə 48 növdə 1200-dən çox ağac əkilib, 15 min m² ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib. Uzunluğu 246 metr olan süni çay, fəvvarələr və şəlalə ziyarətçilərin istirahətini daha da maraqlı etməsi üçün hazırlanmışdır. == Otelləri == Kompleksin otel binası ən müasir səviyyədə inşa edilib. Buradakı 171 otaq hər təbəqədən olan qonaqlar üçün nəzərdə tutulub. Oteldəki "Mənzərə" restoranı, "Lavanda", "Qala" və "Vitamin" barları qonaqların həm yüksək səviyyədə qidalanmaları, həm də asudə vaxtlarını daha maraqlı keçirmələri üçün geniş imkanlar açır.
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Qulaqaltı vəzi
Qulaqaltı vəzi (glandula parotidea) — ağız suyu vəzlərinin ən böyüyüdür. O, qulaq seyvanının aşağı ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub, ayrı-ayrı paycıqlardan təşkil olunub. Çeynəmə əzələsinin fassiyasından əmələ gəlmiş kapsula ilə örtülmüşdür. Paycıqların ağız suyu vəziləri birləşərək paycıq axacaqlarını, onlar da birləşrək paycıqlararası axacaqları, onlar da öz növbəsində birləşərək qulaqaltı axacağı əmələ gətirirlər. Qulaqaltı vəzin axacağı (ductus parotidea) 5-6 sm uzunluğunda və 2-3 mm diametrində olub, yuxarı ikinci böyük azı dişin bərabərində selikli qişadan əmələ gəlmiş qulaqaltı vəzin məməciyi üzərində, digər böyük ağız suyu vəzilərindən fərqli olaraq ağız dəhlizinə açılır. Qulaqaltı vəzinin innervasiyası hissi, simpatik və parasimpatik sinirlərlə həyata keçirilir. Qulaqaltı vəzin cismindən üz siniri keçir.
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Qavaqlı (Qoşaçay)
Qavaqlı (fars. قواقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).