Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eskimos qayığı
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kanoner qayığı
Kanoner qayığı (alm. Kononenboot ot‎ it. Canone) — Kiçik hərbi gəmilər sinfinə daxildir. Əsasən artilleriya ilə silahlandırılır. Çay, göl və dəniz sahillərində hərbi əməliyyat üçün əhəmiyyətlidir. == Tarix == İlk dəfə 17-ci əsrdə (1646) Fransada Dyunkirxennin bombalanmasında iştirak edib. Bu qayıqlar İsveç müharibəsində (1788-1794) fəal tətbiq edilmişdir. Bu tip qayıqlar yelkənli gəmilər əlehinə daha effektiv idi. Rus kanonerləri üç iri çaplı silahlarla təhciz edilirdi. == Təyinatı == Kanoner artilerya qayığı əsasən limanların, sahil xətdinin qorunmasında və düşmən desantlarının qarşısının alınmasında və öz qoşunlarının təhcizatı baxımından daha effektiv xüsüsiyyət daşıyır.
Atom sualtı qayığı
Atom sualtı qayığı (ing. Nuclear submarine; rus. Атомная подводная лодка) — Nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıq tipi. Atom sualtı qayıqları digər sinif sualtı qayıqlara nəzərən daha çox üstünlüklərə malikdirlər. Bu üstünlüklərdən ən önəmlisi oksigendən asılı olmadığı üçün uzun müddət suyun səthinə çıxmadan hərəkət edə bilməsidir. Digər sinif sualtı qayıqlar oksigendən aslı olduğundan tez-tez suyun üzərinə çıxmaq məcburiyyətində qalırlar. Atom sualtı qayıqları sürət baxımından da digər tipli qayıqlardan fərqlənir. İlk atom sualtı qayığı USS Nautilus (SSN-571) olmuşdur. Yeni nəsil atom sualtı qayıqları 25 il ərzində yenidən yüklənmə olmadan hərəkət etmə imkanına malikdir. Ənənəvi sualtı qayıqlarda enerjini akümlyatorda saxlanılır və istifadəsi məhdud səviyyədə olur, atom sualtı qayıqlarında isə belə bir problem yoxdur.
Qars kanoner qayığı
Qars — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918–1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner — "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. П. Веселов.
Ərdəhan kanoner qayığı
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. П. Веселов. «Карс» и «Ардаган» Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии.
Ərdəğan (kanoner qayığı)
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. П. Веселов. «Карс» и «Ардаган» Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
Zakir Qadiri Uqan
Zakir Qadiri Uqan (tatar. Закир Хәлим улы Кадыйри; 1878, Simbirsk quberniyası[d] – 1954, Ankara) — tatar əsilli antropoloq, tarixçi və yazıçı. İbn Haldunun Müqəddimə adlı əsəri ilə Quran təfsirçisi Təbərinin Tərixul-Ümum və Mülük adlı əsərini türkcəyə tərcüməsi ilə tanınır. Zakir Qadiri Uqan əslər tatardır. Samara vilayətinin Berende bölgəsinin Osta Kandal (Abdullovo) kəndində 1878-ci ildə doğulmuşdur. Təhsilinə kəndində başlayıb, Simbir şəhərindəki Vəli Həzrət və Şakir Axund mədrəsələrində davam etmişdir. 16 yaşında Buxaraya gedib 5 il islam fəlsəfəsi və hikmət təhsili almışdır. Ardıyca İstanbula gedib Yaqub Mustafa adı ilə Darül-Fünün İlhaiyyat fakültəsinə qəbul olmuşdur. Hakimiyyət əleyhinə düşüncələri olduğu üçün təqib edildi və Hicaza qaçdı. Şeyx İshaq əl-Hindidən təfsir və hədis, Ədibül Hicaz Mehmed Əli Əfəndidən ərəb ədəbiyyatı dərsləri aldı.
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Qanırğı
Qanırğı — mismar çıxartmaq, bərk yeri qırmaq, qanırmaq üçün dəmir əl aləti. Millət içində "montirovka" kimi tanınır.
Qapılı
Qapılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində "dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi", "dağ yamacında dərə" mənasında işlənən qapı sözünə -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur. Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Göbələk qayası
Göbələk qayası (ing. Fungus Rock, malta Il-Ġebla tal-Ġeneral) — Malta arxipelaqına daxil olan ada. 60 metr hündürlüyə malik ada Qozo adasından 50 metrlik boğazla ayrılır. Malta cəngavərlərinin generalı qaya üzərində nadir bitki növünü aşkar edir (Cynomorium coccineum). Cəngavərlər bu bitkidən yaralar üçün qan kəsici məlhəm kimi və Dizenteriyanın müalicəsində istifadə edirdilər. Bitki o qədər qiymətli idi ki, onu ali aristokratlar və adanı ziyarətə gələnlərə verirdilər. Böyük maqistr Manuel Pinto de Fonmseka 1746-cı ildə qanı ziyarət etməyi qadağan etmişdir. O, burada gözətçi məntəqəsi təşkil edir. Ada kanat yoluna bənzər 50 metrlik kəndirlərlə Qozo adasına nirləşdirilir. Sonradan isə məlum olur ki, Cynomorium coccineum heç bir müalicə əhəmiyyəti kəsb etmir.
Gəlin qayası
Gəlin qayası (opera)
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Hoplitlərin qaçışı
Hoplitlərin qaçışı və ya Hoplitodrom (q.yun. Ὁπλιτόδρομος, lat. hoplitodromos) — Qədim dövrdə mövcud olan qaçış idman növü. Yunan dilindən tərcümədə Ὁπλιτόδρομος (Hoplitodrom) "əsgərlərin qaçışı" deməkdir. Hoplitlərin qaçışı Qədim Olimpiya oyunları və digər Yunan oyunlarının bir hissəsi idi. Olimpiya oyunlarına bu idman növü üzrə yarlşlar 65-ci Olimpiyadadan etibarən (E.ə. 520-ci il) keçirilməyə başladı. Bu yarışın ilk qalibi Herai şəhərindən olan Damaret olur. İdmançılar lüt şəkildə yarışırdılar. Olimpiada zamanı idmançılar iki stadiya məsafəsinə əynində başı və ayaqları qoruyan dəbilqə, əlində qalxanla qaçmalıydılar.
Kiselyov qayası
Kiselyov qayası – Rusiya Federasiyasının Krasnodar diyarında təbiət abidəsi. Qara dəniz sahilində yerləşir. Kiselyov qayası diyarın Tuapsinski rayonunun qərbindədir. Düz və hamar səthə malik olan bu qayanın hündürlüyü 46 metrdir. Eni isə 60 metrdi. Qaya Tuapse şərhərindən 4 km şimal-qərbdə, Kadoş burnu ilə Aqoy çayının mənsəbi arasında yerləşir. == Kadoş meşə parkı == Kiselyov qayası 700 metrliyində olan Mışinı norki qayası ilə birlikdə qorunan Kadoş meşə parkı ərazisinə daxildir. Parkın ümumi sahəsi 300 hektardır. Qayanın sahəsi isə təxminən 1 hektardır. Sahil klifində olan qayalı ərazidə pitsunda şam ağacları geniş yayılıb.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Qayıdış
Qayıdış (film, 1988)
Yayıcı
Azərbaycanda Yayıcı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd. Ermənistanda Yayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Ayıhı
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Ağayrı
Ağayrı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağayrı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XX əsrin əvvəllərində Ağalıkənd əhalisinin bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaşması nəticəsində yaranmışdır. Toponimiyada belə bir fikir mövcuddur ki, bu söz qədim türk dillərindəki ak (axın, çay) və əyri sözlərindən ibarət olub, "axının əyildiyi, burulduğu yer" mənasını verir. Bu da Ağayrı kəndinin məhz Bolqarçayın əyildiyi, burulduğu yerdə yerləşməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü "ağıldan (tövlədən) kənar", "kiçik çay", "ot, çiçək" adı kimi də izah olunur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərb istiqamətində yerləşir. Nəsimi, Günəşli və İsmətli kəndləri ilə sərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə 543 təsərrüfat var. 2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Qadirli
Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Qadirli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Gələcəyə qayıdış
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.