Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlaukoma
Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. 40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. Afrika və Asiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şualanmasına məruz qalmasıdır.
Qlaukofan
Qlaukofan — mineral, qələvi amfibol, Na2Mg3Al2[(OH,F)|Si4O11]2. Bəzən Mg Fe2+-lə və Al Fe3+-lə əvəz olunur. Qlaukofan -krossit-maqnezioribekit tam izomorf sırası mövcuddur. Qlaukofan aktinolitə və hornblendə keçid növləri müəyyən edilmişdir. Elementar özəyin ölçüləri ilə fərqlənən iki polimorf modifikasiyası məlumdur. Aqreqat: şüavi, lifli, sferolitik. Bozumtul-göy, qara; cizgisi mavi-boz. Qlaukofan başlıca olaraq, şistlər fatsiyasının metamorfizmə uğraması nəticəsində əmələ gəlir. Albitli metasomatitlərdə, dəmirli kvarsitlərdə rast gəlinir. Jadeitin hesabına əmələ gəlir.
Anna Qlazkova
Anna Qlazkova (29 iyul 1981) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Anna Qlazkova Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Qlükoza
Qlükoza (yun. γλυκόζη, γλυκύς - dan şirin) və ya üzüm şəkəri və ya dekstroza. şirin dadlı, suda yaxşı həll olan ağ kristal maddədir. Qlükoza bitki və canlı orqanizmlərdə, həmçinin, bir çox meyvə və giləmeyvə şirələrində rast gəlinir. Qlükoza orqanizmin enerji sərfinin yarsını təmin edir Üzvi maddələrə aiddir. Qlükoza müxtəlif iynələrə sistemlərə əlavə olunur. Qlükozanın insana həm xeyiri həmdə ziyanı var. == Quruluşu == Qlükoza beşatomlu aldehidspirtdir. == Tətbiqi == Qlükoza qiymətli və asan həzm olunan qida maddəsidir. tibbdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən maddə kimi istifadə olunur.
Qlükoza (müğənni)
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.