Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Qiaqin
Qiaqin (adıq Джаджэ) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibinə daxil olan kənd. Qiaqin rayonunun və Qiaqin kənd sovetliyinin mərkəzidir. Kənd Qiaqin rayonunun qərb hissəsində, Qiaqin çayının hər iki sahilində yerləşir. Maykopdan 28 km şimalda və Beloreçensk şəhərindən 20 km şimal-şərqdə yerləşir. Kəndin cənub kənarında Şimali Qafqaz dəmiryolunun Qiaqin dəmiryol stansiyası yerləşir. Kəndin sahəsi 32.63 km²-dir ki, bu da kənd ərazisinin sovetliyin 13,07% -ni təşkil etməsi deməkdir. Zakuban düzündə, düzənlikdən respublikanın dağətəyi zonasına keçən ərazidə yerləşir. Bölgənin relyefi, cənub-şərqdən şimal-qərbə ümumi bir yamacda olan, təpəli və təpəli yüksəklikləri olan piedmont dalğalı düzənliklər ilə təmsil olunur. Çay vadiləri dərin yarğanlar və çökəkliklər ilə kəsilir. Orta hündürlüklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Mirça Eliadi
Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo) — din tarixçisi və filosof. Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.
Qiaqin rayonu
Qiaqin rayonu (adıq Джаджэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qiaqin qəsəbəsidir. Rayonu Adıgey Respublikasının mərkəz hissəsində, Zakuban düzənliyinin ətəklərində yerləşir. Rayonun ümumi sahəsi 796.63 km²-dir. Burada 5 kənd inzibati vahidliyinə 30 yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Şovqenovski rayonu, şərqdə Koşexabl və Mostov rayonları, cənubda Maykop rayonu və Maykop şəhər dairəsi, qərbdə Krasnodar diyarının Belorechenski rayonu. Respublikanın dağətəyi zonasında yerləşir. Ərazisi təpəlidir, şüaları və çökəklikləri var. Rayonda orta hündürlük dəniz səviyyəsindən təxminən 180 metr yüksəkdir. Torpaq örtüyü qaratorpaqdır.
Qladio əməliyyatı
Qladio əməliyyatı (it. Operazione Gladio) — İkinci Dünya Müharibəsindən sonra kommunistləri nüfuzdan salmaq və güc strukturlarından sıxışdırmaq üçün NATO-nun gizli əməliyyatının adıdır. Bunun üçün yollardan biri Varşava müqaviləsi ölkələrinin İtaliya və digər Qərbi Avropa ölkələrinə soxulacağı təqdirdə müqavimət göstərmək, təxribat və partizan müharibəsi aparmaq üçün nəzərdə tutulmuş “arxada qalanlar” (ing. stay-behind) adlı hərbiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması idi. Qladio termini İtaliyada yaradılmış təşkilatlara aid edilsə də, bu ad çox vaxt qeyri-rəsmi olaraq Qərbi Avropada onun çərçivəsində yaradılmış bütün təşkilatlar üçün istifadə olunurdu. Qısa Roma qılıncı (lat. gladius) İtaliya təşkilatının simvolu, xarabaçıl isə beynəlxalq simvol idi. MKİ-nin keçmiş direktoru Vilyam Kolbi əməliyyatı “böyük proqram” adlandırıb. Qladio əməliyyatının mövcudluğu bu əməliyyatda iştirak edən ölkələrin hökumətləri tərəfindən rəsmən tanınıb. Eyni zamanda, Amerika hökuməti terrorizmin təşkili ittihamlarını rədd edir.
Qladis Tejeda
Qladis Tejeda (30 sentyabr 1985, Jauja, Peru) — Perulu marafonçu. Qladis Tejeda Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Qladis Tejeda birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 37 dəqiqə 2 saniyəyə qət edərək 118 marafonçu sırasında 43-cü yeri tutdu. Qladis Tejeda növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 29 dəqiqə 55 saniyəyə qət edərək 15-ci yeri tutdu.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
İlişdin (film, 1898)
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Giyadîn
Diyadin (türk. Diyadin) — Ağrı ilinin ilçəsi. Kürt əhali üstünlük təşkil edir. == Tarixçə == Diyadinin adını dövrün sultanı Ziyaəddindən alması barədə şayiələr Fəxri adından bəri bir çox mənbələrdə xatırlanır. Ancaq tarixi mənbələrdə bu adın sultanı yoxdur. Yerli insanlar kürd dilində danışır və Diyadin yox, "Gihadin" deyirlər. İlçədə həddindən artıq adət və aşirətçilik mövcuddur. Həmçinin, şərqdə aşirət siyasətinin ən çox qızışdığı yerdir. Diyadin köhnə bir şəhərdir. Tarixdəki adı Daudyana olmuşdur.
Qurdlar Vadisi: Qladio
Qurdlar Vadisi: Qladio — Qurdlar vadisi teleserialı çərçivəsində qurdlar vadisi pusqu filminin davamı olaraq Pana Film tərəfindən istehsal olunan türk döyüş macəra filmi. 4 iyun 2009-cu ildə elan edilmiş, 20 noyabr 2009-cu ildə buraxılmışdır. Filmin məzmununun Türkiyənin yaxın tarixinə təsir edəcək hadisələr olacağı bildirilib. Bir dərin dövlət agentinin illərlə xidmət etdiyi qladio ilə hesablaşma hekayəsi. İsgəndər Böyük təqaüddə olan kəşfiyyatçıdır və dərin dövlət naminə çoxsaylı əməliyyatlar həyata keçirib. Qaranlıq keçmişinə görə müttəhim kürsüsünə qoyulduqda, yanında baronun göndərdiyi gənc və təcrübəsiz vəkil Ayşədən başqa heç kim yox idi. Məhkəməsinə göz yumanlarla haqq-hesab çəkməyə qərar verən İsgəndər Böyük bildiyi hər şeyi bir-bir danışmağa başlayır. İsgəndərin qaranlıq keçmişinin səhifələri arasında ölkəni sarsıdacaq faktlar var. Bu şokedici faktların işarə etdiyi yeganə ünvan "Qladio"dur. Onun açıqlamaları ölkədə hər gün yeni gündəm yaratsa da, onun qisas hissi daha da artırdı.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Usama Bin Ladin
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Gilanın meşə Hərəkatı
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Görünməz qadın
Görünməz qadın (ing. Invisible Woman) — Marvel Comics tərəfindən 1961-ci ildə yaradılan super qəhrəman personajı. İlk dəfə 1961-ci ilin iyununda "Fantastik dördlük" komiksinin ilk sayında peyda olmuşdur. == Nəşr olunması == Görünməz qadın 1961-ci ildə Sten Li və Cek Körbi tərəfindən Fantastik Dördlüyün qurucu üzvlərindən biri kimi yaradılır. Lakin yaradıldığı zaman sadəcə görünməzlik gücünə sahib idi. Bu sonradan dəyişəcək, personaja yeni güclər əlavə olunacaqdı. O dövrün komiks dünyasında sadəcə görünməz olmaq yetərsiz kimi görünürdü. Həm də Sten Li orijinal fikri bu gücü klassik şəkildə işləmək idi, yəni personaj görünməz olmaq üçün paltarları da çıxarmalı idi. Amma bunun bir az erotik görsənəcəyini düşünən Sten Li fikrini dəyişdirərək məsələni Suzanın xüsusi paltarı ilə həll edir. Sadəcə görünməz olmaq personajın digər komanda yoldaşları arasında sönük və passiv qalmasına səbəb olur.
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Pişik-qadın
Qadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qadın döşü
Qadın döşü (lat. Mamma) — qadınların sinə nahiyəsində olan qabarıq bədən hissəsi. Döşlər iki bioloji funksiyanı yerinə yetirir – yeni doğulmuş körpəni qidalandırmaq üçün süd vəzilərindən süd istehsal edir və cinsi cazibədə rol oynayır. Döşlər erogen zonalardır. Döşlər yeniyetməlik dövründə inkişaf etməyə və böyüməyə başlayır. Bu adətən 8 yaşından başlayaraq iyirmi yaşların əvvəllərinə qədər davam edir. Hamiləliyin sonlarına yaxın döşlər süd verməyə hazırlaşır. Menopauza zamanı döşlər sallanır və formasını dəyişdirir. Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Qadın düşərgəsi
"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır. Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. "Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub. Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və üç dəfə: 2008, 2010, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında “Qadın türməsi” adı ilə) çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. “Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olundu – FOTO Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine Qadın düşərgəsi haqda povest çapdan çıxdı Rövşən Yerfi "Qadın düşərgəsi" (Əsərdən bir parçanı oxu!) Rövşən Yerfi.
Qadın futbolu
Qadın futbolu — 11 qadın oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü.
Qadın haqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.
Qadın hüquqları

Qadın prezervativi
Femidom (qadın prezervativi və ya daxili prezervativ kimi də tanınır) — 1990-cı illərdən etibarən qadınlar üçün istehsal olunmağa başlayan bir prezervativ növüdür. Orta uzunluğu 18 sm olan nazik, yırtılmaz poliuretan materialdan hazırlanmışdır. Ən əhəmiyyətli xüsusiyyəti, vaginaya yerləşdirildikdən qısa müddət sonra bədən istiliyinə müvafiqləşməsi və daxili divarlara yapışmasıdır. İki halqadan ibarətdir. Qısa bir səydən sonra asanlıqla öyrənilə və istifadə edilə bilər.
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Qurdlar Vadisi: Qladio (film, 2009)