Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoşabulaq
Kəndlər Qoşabulaq (Gədəbəy) — Gədəbəy rayonunda kənd. Qoşabulaq (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunda kənd. Qoşabulaq (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Qoşabulaq — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonu ərazisində kənd. Qoşabulaq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Qoşabulaq (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd. Qoşabulaq (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Qoşabulaq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Qoşabulaq (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Qoşabulaq dağı — Şahdağ silsiləsindı yüksəkliyi 3549 m olan dağ.
Qorbuta
Qorbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2015-ci ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. Qorbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti adının "Qor" ilk üç hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb. Qorxmaz Əlilicanzadə 2015-ci ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2016-cı ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Ağamir Məzahir oğlu Həsənovdur. Alət üzərində 2 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Qarabuta (İcrud)
Qarabuta (fars. قره بوته‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (40 ailə). Kəndin xalqı Azərbaycanlı və Türkcə danışırlar.
Qoşabulaq (Cəbrayıl)
Qoşabulaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qoşabulaq kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu adda Gədəbəy rayonunda da qeydədə alınmışdır. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qoşabulaq (Göyçə)
Qoşabulaq — Göyçə mahalının Basarkeçər rayonunda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd və dağ adı. Dağda olan qoşa bulağın adından götürülmüşdür. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830–1840) Qazax mahalının Sofular kəndindən rusların basqınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən salınmışdır. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları, yaşamaq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək həmin yeri özləri üçün daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilin dekabrına qədər Qoşabulaq olub və dəişdirilməmişdir. Kəndin adının mənası isə kəndin mərkəzindəki 2 bulağın adı ilə bağlıdır. Tayfa ağsaqqalları, kəndin adını həmin bulaqlara görə Qoşabulaq adlandırmışlar. Kənd rayon mərkəzi Basarkeçərdən 2 km məsafədə yerləşir. 19 aprel 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.
Qoşabulaq (Gədəbəy)
Qoşabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qoşabulaq qədim insan məskənlərindən biridir. Xocalı-Gədəbəy mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu ərazidə qədim Alban qəriristanlıqları, Alban kilsəsi və digər tarixi abidələr bu ərazinin hələ Qafqaz Alban dövləti zamanında əhəmiyyətli yaşayış məskəni olduğunu sübut edir. Qoşabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Bada çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Törpülü olmuşdur. Yerli məlumata görə kəndin salındığı ərazi XIX əsrin əvvəllərində Yanıqlı kəndinin (Tovuz r-nu) binəsi olmuşdur. XIX əsrin axırlarında mövcud olmuş Törpülü kəndindən gəlmiş ailələr burada məskunlaşmışlar. Sonralar kənd ərazisindəki Qoşabulaq adlı bulağın adı ilə tanınmışdır.
Qoşabulaq (Kəleybər)
Qoşabulaq (fars. قوشه بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 467 nəfər yaşayır (111 ailə).
Qoşabulaq (Marağa)
Qoşabulaq (fars. قوشه بلاغ‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (4 ailə).
Qoşabulaq (Miyanə)
Qoşabulaq (fars. قوشه بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 526 nəfər yaşayır (179 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Qoşabulaq (Əştərək)
Qoşabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «cüt, yanaşı, iki» mənasında işlənən «qoşa» sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 101 nəfər, 1886-cı ildə 152 nəfər, 1897-ci ildə 173 nəfər, 1908-ci ildə 211 nəfər, 1914 - cü ildə 214 nəfər, 1916-cı ildə 211 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kəndin əhalisi azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. Indi xaraba kənddir.
Qoşabulaq bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Qoşabulaq (Çaldıran)
Aşağı Qoşabulaq (fars. قوشابلاغ سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (32 ailə).
Yuxarı Qoşabulaq (Çaldıran)
Yuxarı Qoşabulaq (fars. قوشابلاغ عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 351 nəfər yaşayır (62 ailə).