ORTALIQ

is.
1. bax aralıq 1-ci mənada. Ortalıqda qalan şeyləri götürmək.
2. Açıq yer, meydan, sahə.
Ortalıqda qoca … ağac, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. Koroğlu”.

3. Adamların arasında qalan boş yer; aralıq.
Ortalıqda oynayan iki qız süzə-süzə Kiçikbəyimin qarşısına gəldi, … onu oyuna dəvət etdilər. Çəmənzəminli.

4. Otağın və s.-nin içi, daxili, ortası. Otağın ortalığı.
– Qamış evdə yanır bucaqda çıraq; Oynayır ortalıqda körpə uşaq. A.Səhhət.

5. Ara, aralıq.
Əl dəyəndə tez-tez küsə, barışa; Ortalıqda söhbət ola, söz ola. Aşıq Ələsgər.

ORTAQLIQ
ORTAM

Значение слова в других словарях