Qoşabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Qoşabulaq | |
---|---|
40°45′38″ şm. e. 45°45′11″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qoşabulaq qədim insan məskənlərindən biridir. Xocalı-Gədəbəy mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu ərazidə qədim Alban qəriristanlıqları, Alban kilsəsi və digər tarixi abidələr bu ərazinin hələ Qafqaz Alban dövləti zamanında əhəmiyyətli yaşayış məskəni olduğunu sübut edir.
Qoşabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Bada çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Törpülü olmuşdur. Yerli məlumata görə kəndin salındığı ərazi XIX əsrin əvvəllərində Yanıqlı kəndinin (Tovuz r-nu) binəsi olmuşdur. XIX əsrin axırlarında mövcud olmuş Törpülü kəndindən gəlmiş ailələr burada məskunlaşmışlar. Sonralar kənd ərazisindəki Qoşabulaq adlı bulağın adı ilə tanınmışdır.[1]
Azərbaycan və dünya elminə öz töhfələrini vermiş bir sıra alimləri var. Qoşabulaq kəndində 2 ümumtəhsil məktəbi, 2 klub, 3 kitabxana var. Həmçinin xəstəxana, feldşer-mama məntəqəsi, 4 həkim var.
Qoşabulaq Azərbaycan Respublikasının Gədəbəy rayonunda bir kənd və bələdiyyə vahididir. Əhalisi 2,500 nəfərə yaxındır.Gədəbəyin ən hündür zirvəsi Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metrdir. En: 40°45'38 şimal uzunluğu Uzunluq: 45°45'11 Qoşabulaq, Google[ölü keçid] İqlimi: yayı quraq keçən mülayim isti iqlim Orta temperatur: yanvarda -2S-dən 10S-dək, iyulda isə 2S-dən 25S-dəkdir. İllik yağıntı 600–900 mm-dir. Yağıntılar müxtəlifdir: yay-yaz aylarında yağış və dolu, qış aylarında isə qardan ibarətdir. İlk qar oktyabr-noyabr aylarında yağır.
Əhalisi əsasən yerli Azərbaycan türklərindən ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2064 nəfər əhali yaşayır.[2]
Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Müalicəvi əhəmiyyəti olan "Qoşabulaq" suyu burada istehsal olunur. Qoşabulaq kəndi həmçinin turizm sahəsində də çoxlu turist cəlb edən yerlərdəndir. Məşhur Şahzadə Bulağı burada yerləşir.
Kənddə Həzrət Əli məscidi dini icması fəaliyyət göstərir.[3]