Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolşəkilli dazifora
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Kolşəkilli qomfokarpus
Kolşəkilli qomfokarpus (lat. Gomphocarpus fruticosus) — qomfokarpus cinsinə aid bitki növü.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.
Otşəkilli gəndalaş
Otşəkilli gəndəlaş
Otşəkilli gəndəlaş (lat. Sambucus ebulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.
Kolşəkilli kuril çayı
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.