QABIRĞA

is. anat.
1. Fəqərələri döş sümüyü ilə birləşdirən qövsşəkilli sümük. İnsanın yeddi cüt yuxarı və beş cüt aşağı qabırğası vardır.
– Qabırğalar yastı və mötərizə şəklində olub, fəqərələrin yanlarından qabağa doğru uzanmışlar və döş qəfəsinin yan divarlarını təşkil edirlər. Balakişiyev.

2. Bədəndə qabırğaların yerləşdiyi yer; böyür. Yan qabırğası əzilmək.
– Qarovula tapşırmışam ki, içəri girmək istəyən kimi, bir güllə vur qabırğasına! M.S.Ordubadi.
İskəndər kişi qabırğasına dəyən zərbələrin şaqqıltısı arasından Bahadırın çığırtısını da eşitmişdi. M.Hüseyn.

3. Bir şeyin kənarı, yanı, bir tərəfi. Samovarın qabırğası batmışdır.
◊ Qabırğa vermək1) əyilmək, yıxılmağa meyil etmək. Bu divar, deyəsən, ortadan qabırğa verir;
2) qulaqardına vurmaq, özünü bilməməzliyə qoymaq, özünü arsızlığa vurmaq.
Qabırğa kimi əyri – islahı çətin olan tərs adam haqqında.

Синонимы

  • QABIRĞA sümük
  • QABIRĞA böyür

Этимология

  • QABIRĞA Qabarmaq feili ilə qohumdur. Qabırğa bir qədər qabarıq olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QABIQYEYƏN
QABIRĞAALTI
OBASTAN VİKİ
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. == 1-12 qabırğaların fərqləri == İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir.Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. == Strukturu == Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. === Səthləri === Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır. İlk 6 və ya 7 sternum uclarında, döş əzələsinin əsas əzələsinə qədərdir.
Qabırğaların sınıqları
Qabırğaların sınıqları — döş qəfəsinə üfüqi istiqamətdə zərbə olduqda baş verə bilər.Ən tipik olan qoltuqaltı nahiyəsinin arxa qırağının səviyyəsində baş verən 4–8-ci qabırğaların sınmasıdır. == Əlamətləri == Qabırğaların sınıqları zamanı əmələ gələn əlamətlər: ağrı; qançır; şişkinlik; əl ilə müayinə zamanı hamar olmayan; bəzən xırıltı verən nahiyə gözə çarpır; bərk ağrıdan xəstə dərindən nə nəfəs ala, nə də öskürə bilmir. == İlk tibbi yardım == Zədələnmiş nahiyədə qabırğaların hərəkətini məhdudlaşdırıb, rahatlıq yaratmaq lazımdır. Bu döş qəfəsinə enli, kip fiksəedici sarğının qoyulması ilə əldə edilir. Zədələnmiş dərindən nəfəs alıb verəndə sarğı qoyulur (enli bint, dəsmal, yataq ağı ilə). Şok əleyhinə ağrıkəsici (tramal, promedol) tətbiq edilir və yarımoturaq vəziyyətdə xəstə stasionara göndərilir.Bəzən qabırğa sınığında ağciyər zədələnməsi nəticəsində qanhayxırma baş verir. Belə hallarda zərərçəkənin döş qəfəsinə soyuq kompress qoyularaq xəstəxananın cərrahi şöbəsinə təcili olaraq çatdırılır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Qabırğalı qalxanotu
Qabırğalı qalxanotu (lat. Saussurea costus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalxanotu cinsinə aid bitki növü.
Üst qabırğaarası damar
Üst qabırğaarası damar (vena) — bədənin hər tərəfində 1 damar olmaqla 2-ci, 3-ci və 4-cü qabırğaarası boşluqları drenaj edən 2 damar. == Sağ üst qabırğaarası damar == Sağ üst qabırğaarası vena bədənin sağ tərəfindəki 2-ci, 3-cü və 4-cü arxa qabırğaarası damara daxil olur. O, qoşalaşmamış venaya axır. == Sol üst qabırğaarası damar == Sol üst qabırğaarası vena bədənin sol tərəfindəki 2-ci və 3-cü arxa qabırğaarası venalara daxil olur. Adətən o sol brakiosefalik venaya axır. O, həmçinin yarımtək vena ilə əlaqə saxlaya bilər.Aorta qövsünün arxasından keçərək dərin frenik siniri və perikardiofrenik damarları, sonra isə səthi olaraq üst azan siniri keçir.

Значение слова в других словарях

беспа́мятствовать вьюно́чек денти́н диете́тика ище́йка корни́стый осла́виться по́ристый синта́ктика тю́тькаться алта́рник гнуса́вость кавалерга́рд Aldred Francophil graciously helium shakes mares-tail new-laid vowelism артикул гористый занижение кокошник обживать