Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sol qulaqcıq
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır; Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır). aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Qumlaqçı
Qumlaqçı (lat. Romanogobio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Əsasən Avropa və Asiya ərazisində yayılmışdır. Cinsə 18 növ daxildir. R. antipainövü isə nəsli kəsilmişdir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Qulaqsız dovşan
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Adi qulaqlı bayquş
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Adi qulaqlı kirpi
Adi qulaqlı kirpi (lat. Hemiechinus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin qulaqlı kirpi cinsinə aid heyvan növü. == Görünüşü == Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Kiçik ölçüyə sahibdirlər: bədən uzunluğu 12-27 sm, quyruq uzunluğu 17-23 mm təşkil edir. Pakistan və Əfqanıstanda yaşayan yaşayan yarımnövlər 30 sm-ə qədər böyüyür. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-dən 505 q-a qədər ola bilər. Bu da adi kirpi ilə müqayisədə 2 dəfə azdır. Ayaqları hündürdür. Ağızları kəskindir.
Qulaqsız dovşan (film, 2007)
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
İki qulaqlı cücə (film, 2009)
İki qulaqlı cücə (alm. Zweiohrküken‎) — 2009-cu ilin kinokomediyası. Rejissor Til Şvaygerin "Qulaqsız dovşan" filminin sikveli. Birinci hissə hadisələrdən artıq 2 il keçib. Baş qəhrəmanlar Ludo (Til Şvayger) və Anna (Nora Çirner) birgə yaşayırlar. Adi günlər başlayır, və Ludonun ehtirası soyuyur, Anna haqlı olaraq onu qısqanmağa başlayır, buna da səbəb var: Ludo başqa qızlara da baxmağa başlayır. Acıqcan da, elə bu zaman Ludonun keçmiş sevgilisi peyda olur... Til Şvayger: Ludo Decker Nora Çirner: Anna Gotzlowski Mattias Şvayqhöfer: Moritz de:Emma Schweiger: Cheyenne-Blue Ken Duken: Ralf Berger de:Sönke Möhring: Asi de:Annika Ernst: Judith de:Annika Blendl: Bardaki qız de:Pegah Ferydoni: Lana de:Jasmin Gerat: Caro de:Thomas Heinze: gözəllik doktoru (Plastikcərrah) de:Marc Hosemann: Klinika həkimi de:Heiner Lauterbach: Herb de:Elyas M’Barek: Samy Madita: Marie de:Denis Moschitto: Taksi sürücüsü de:Uwe Ochsenknecht: Dr.
Qusacin
Qusacin (fars. قوسجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.
Qulancıq (Sayınqala)
Qulancıq (fars. قولانجق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (39 ailə).
Quhacin (Əbhər)
Quhacin (fars. قوهجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (59 ailə).
Gülçin Abdullayeva
Gülçin Gülhüseyn qızı Abdullayeva (20 yanvar 1947) — riyaziyyat üzrə fəlsəfə doktoru, Dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri Laboratoriya rəhbəri. == Həyatı == Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1970-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, aspiranturanı bitirdikdən sonra 1979-cu ildə “Sinqulyar inteqralların requlyarlaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 129 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 57 Respublikada çıxmış elmi əsərlərinin sayı: 63 Konfrans məruzələri və tezislər sayı: 38 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5 Kadr hazırlığı: 6-müdafiə edib və 4-dissertant hazırlaşdırılır === Əsas elmi nailiyyətləri === 2004-2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkişafı Təşkilatının qrantını alıb.
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.