“Ушанка” mənasında işlədilən bu söz qulaq və çın hissələrindən ibarətdir. Mənası “qulağı açılıb-yığılan papaq” deməkdir. -çın (çin) müstəqil söz olub (çin-çin yığ deyirik) və yığmaq, qatlamaq anlamlarında işlədilib (araqçın (təriyığan), gülçin (gülyığan)). (Bəşir Əhmədov. Etimologiya lüğəti)