Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qumluqca
Qumluqca (lat. Calidris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Ənənəvi olaraq 18 növə ayrılır, lakin 2 növ cüllütün də bu cinsə aid olduğunu iddia olunur. Əsasən onurğasız heyvanlarla qidalanırlar. Plankton tutmağı bacarmırlar.
Ağquyruq qumluqca
Ağquyruq qumluqca (lat. Calidris temminckii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Du-du qumluqca
Du-du qumluqca (lat. Calidris melanotos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qumluca
Qumluca (lat. Arenaria) — qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. Brewerina A.Gray Cernohorskya Á.Löve & D.Löve Gooringia F.N.Williams Gouffeia Robill. & Castagne ex Lam. & DC. Spergulastrum Michx.
Qumuqlar
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qumuqiya
Qumuqiya (qumuqca:Къумукъ) və ya digər forması ilə Qumuqustan — Xəzər dənizi sahilləri boyunca, Qumuq platosunda, Dağıstan dağlarının ətəklərində, Terek çayı boyunca yerləşən tarixi və coğrafi region. Qumuqiya termini ilə türk xalqlarından olan qumuqların tarixən və hal-hazırda yaşadıqları ərazilər nəzərdə tutulur. Qumuqiya Dağıstan bölgəsinin əsas taxıl ehtiyacının qarşılandığı bölgə hesab edilir. İpək yolunun mühüm qolları və s. digər vacib ticarət yolları bu bölgədən keçmişdir. Qumuqiya müasir Dağıstan Respublikasının, Çeçenistanın və Şimali Osetiyanın bir hissəsini təşkil edirdi. Qumuqiyada mövcud olmuş bölgələrdən biri şamxallıqdır. Buranın bir digər adı Tərki şamxallığıdır (qumuqca:Tarğu Şawhallıq). Şamxallığın VIII əsrdə formalaşdığı və XIX əsrə qədər davam etdiyi düşünülməkdədir. Lakin bu dövlət qurumu XVI əsrdə müxtəlif feodal hakimliklərinə parçalanmışdır.
Quruca
Quruca (lat. Gnaphalium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qumluca (quş cinsi)
Qumuq (Dağıstan)
Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. «Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır. Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi.
Qumuq dili
Qumuq dili — türk dilləri ailəsinə daxil olan dillərdən biri, qumuqların ana dili. Türk dillərinin qıpçaq qrupuna aiddir. Rusiya Federasiyası ərazisində, əsasən Dağıstan, qismən də Çeçenistan, İnquşetiya və Şimali Osetiya respublikalarında yayılmışdır. Əlifbası 1929-cu ilədək ərəb, 1928-38 illərdə latın və 1939-cu ildən isə kiril qrafikası əsasında tərtib olunmuşdur.
Rus-Qumuq müharibələri
Rus-Qumuq müharibələri (qumuqca:Orus-Qumuq Dawlar) — XVI-XIX əsrlər boyunca, eləcə də XX əsrin əvvəllərinə qədər davam etmiş və ruslarla qumuqlar arasında baş vermiş üsyanlar, hərbi münaqişələr nəzərdə tutulur. XVI əsrdən etibarən Rus çarlığı və ya daha sonrakı adı ilə Rusiya imperiyası ilə müxtəlif qumuq dövlətləri, bəylikləri arasında hərbi münaqişələr yaşanmışdır. Rusiya ilə hərbi münaqişəyə girmiş qumuq dövlətləri Tərki şamxallığı, Mehdioğlu xanlığı, Endirey bəyliyi, Utamış sultanlğı, Qaytaq usmiliyi və digər dağıstanlı qurumlardır. XVIII əsrin sonunda, eləcə də Qafqaz müharibəsinin sonunda, XIX əsr boyunca və XX əsrin əvvəllərində bu münaqişə şamxallıq ərazisində, Şimali Qumuqiyada, Cənubi Qumuqiyada üsyanlar, ayrı-ayrı kəndlərin müstələkə siyasətinə qarşı etirazları formasında davam etmişdir. Bu münaqişələr nəticəsində xeyli sayda qumuq icmaları və kəndləri ruslar tərəfindən tamamilə dağıdılmışdır. XVI əsrin əvvəllərində Qızıl Ordanın süqut etməsi ilə bəzi qumuq hakimlərinə öz hakimiyyətlərini şimala doğru genişləndirmə imkanı formalaşdı. Tezliklə Tümən xanlığı (və ya digər adı ilə Şamxal və ya Qafqaz Tüməni) hökmdarları şamxalların təsiri altında düşdü. Bu qurumun mərkəzi Terek çayının ağızı hövzəsində idi. Qərbdə şamxallığın maraqları adıqların kabardalı qolu, şimalda isə Həştərxan xanlığı ilə toqquşmaqda idi. Tümən xanlığının XVI əsrin birinci yarısındakı hökmdarları, çərkəzlərin, qumuqların və digər türk tayfalarının yardımına arxalanaraq tez-tez Həştərxan xanlığının daxili işlərinə müdaxilə edirdilər.
Qumuq - Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qumuq–Azərbaycan əlaqələri tarixi

Qumlaqça
Qumlaqçı (lat. Romanogobio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Əsasən Avropa və Asiya ərazisində yayılmışdır. Cinsə 18 növ daxildir. R. antipainövü isə nəsli kəsilmişdir.
A.P.Salatov adına Qumuq Musiqili Dram Teatrı
A. P. Salatov adına Kumık Musiqili Dram Teatrı qum. Алимпаша Салаватовну атындагъы Дагъыстан пачалыкъ музыкалы драма Къумукъ театр — 1925-ci ildə Mahaçqala şəhərində yaradılan qumuq xalq musiqili teatrı. Teatr U. Buynakski küçəsi 10 ünvanında yerləşir. == Tarixi == 1925-ci ildə Temir-Xan-Şurda pedaqoji texnikumun nəzdindəki teatr studiyasının tərkibində qurulmuşdur. Teatr studiyanın yaradılmasında Dağıstan MSSR Xalq Maarif Komissarı Alibek Takho-Qodi təşəbbüs göstərmişdir. Aktyor və rejissorlar Temirbulat Biybulatov, N. Şatrov və B. Baykov studiyanın ilk rəhbəri və müəllimləri oldular. Sonradan aktyorlar T. Hacıyev, D. Saindurov, A. İxlyasov, M. Rəşidxanov və başqaları da truppaya qoşuldular. Teatr 1930-cu ildə rəsmi olaraq açıldı. Teatrda səhnələşdirilən ilk tamaşa Əbdülhəmidin əsəri əsasında hazırlanan "Hindistan qızı" oldu. 1932–1943-cü illərdə teatr Buynakskda fəaliyyət göstərmişdir.