Qumuqiya[1][2][3][4][5][6][7] (qumuqca:Къумукъ)[a] və ya digər forması ilə Qumuqustan — Xəzər dənizi sahilləri boyunca, Qumuq platosunda, Dağıstan dağlarının ətəklərində, Terek çayı boyunca yerləşən tarixi və coğrafi region. Qumuqiya termini ilə türk xalqlarından olan qumuqların tarixən və hal-hazırda yaşadıqları ərazilər nəzərdə tutulur.[8] Qumuqiya Dağıstan bölgəsinin əsas taxıl ehtiyacının qarşılandığı bölgə hesab edilir. İpək yolunun mühüm qolları və s. digər vacib ticarət yolları bu bölgədən keçmişdir.[1][2][3]
Qumuqiya | |
---|---|
Ümumi məlumatlar | |
İnzibati mərkəz | Tərki |
Əsası qoyulub | VIII əsr |
Ləğv edilib | XIX əsr |
İndiki adı | Rusiya Federasiyasının ərazisindəki müxtəlif subyektlər arasında paylaşılıb. |
Qumuqiya müasir Dağıstan Respublikasının[9][b], Çeçenistanın[10][c] və Şimali Osetiyanın bir hissəsini[11] təşkil edirdi.
Qumuqiyada mövcud olmuş bölgələrdən biri şamxallıqdır. Buranın bir digər adı Tərki şamxallığıdır (qumuqca:Tarğu Şawhallıq).[12] Şamxallığın VIII əsrdə formalaşdığı və XIX əsrə qədər davam etdiyi düşünülməkdədir. Lakin bu dövlət qurumu XVI əsrdə müxtəlif feodal hakimliklərinə parçalanmışdır. Şamxallığa Rusiya imperiyası son qoymuşdur.[13][14] Şamxallığın hakimi olan şəxs bütün Dağıstanın hakimi hesab edilirdi və şamxal titulu ilə yanaşı Dağıstan valisi titulunu da daşıyırdı.[15] XVI əsrin sonunda şamxallıq de-fakto Osmanlı imperiyasının vassalı olan dövlətlərdən biri olmaqla yanaşı, özünün də Balkariyadan Şimali Qafqaza qədər uzanan vassal bölgələri mövcud idi.[16] XVI əsrdən etibarən şamxallıq Rusiya dövlətinin cənub sərhədinə yönəlik xarici siyasətində mühüm yer tutmağa başladı. Çünki şamxallıq Rusiyanın cənuba doğru irəliləməsində əsas əngəl idi. Bu yöndə irəliləmə üçün Rusiya eyni zamanda Səfəvi və Osmanlı imperiyaları ilə də mübarizə aparmalı idi.[17]
Şamxal mülkü və ya Şamxal ulusu deyildikdə birbaşa şamxalın sülaləsinin hakimiyyəti altında olan torpaqlar nəzərdə tutulur.[18] Bu adlandırma şamxallığın XVI əsrdə parçalanmasından sonra[19][20][21] belə dəyişmədən 1867-ci ildə dövlətin Rusiya tərəfindən ləğv edilməsinə qədər saxlanılmışdır. Bu bölgədə yaşayan qumuqlar şamxallılar adlandırılırdılar. Qafqaz müharibəsi zamanı bir çox anti-rus qumuq üsyanları bu bölgədə meydana çıxmışdır. Şamxal mülkünə bir neçə yarımmüstəqil siyasi birliklər də daxil idi:[22][23]
Şimali və ya Sulakötəsi Qumuqiya Terek-Sulak çayları hövəsində, Qumuq düzənliyini[3][24][31]Мансуров və bəzi buna birləşik əraziləri əhatə etməkdədir. Bura şamxallıqdan ayrı tədricən əhəmiyyət qazanmış, xüsusən şamxalın ailəsindən olan və Endirey bəyliyini yaradan Endireyli Sultan Mahmudun hakimiyyətə gəlməsi ilə daha da güclənmişdir. Sultan Mahmud ətraf xalqları da öz ətrafında birləşdirmiş və ruslara qarşı mübarizə aparmışdır. Onun Qaraman döyüşündə qələbə qazanaraq rusları məğlub etmişdi. Rus tarixçisi Karamzin bu məğlubiyyətlə rusların Qafqazı ələ keçirməsinin 100 ildən çox ertələndiyini iddia edir.[32][33][16][34]
Endireydən başqa Şimali Qumuqiyada mövcud olan bəyliklər Aksay (qumuqca:Yaxsay biylik) və Köstək (qumuqca:Köstek biylik) bəylikləri idi. Şimali Qumuqiya bəylərinin torpaqlarına Xaçqalıq, Aux və Salataviya əraziləri də daxil idi.[35][36][37][38] Qumuq bəylər öz ərazilərində digər xalqların da məskunlaşmasına icazə verirdilər, lakin bu proses zamanı onların öhdəliyinə müəyyən mükəlləfiyyətlər qoyulurdu.[39][40][41][29] Məsələn, burada məskunlaşmasına icazə verilən çeçenlərə İslamı qəbul etmək məcburiyyəti qoyulmuşdu.[42][d]
XIX əsrin bir çox hissəsində Sulakötəsi Qumuqiya və ya Şimali Qumuqiya Terek quberniyasının Qumuq qəzasını təşkil edirdilər. Qafqaz müharibəsinin sonlanmasından sonra bu bölgə Xasavyurt məntəqəsinə transfer edildi.[43]
Noqay tarixçisi D. S. Xıdırniyazova görə, XVII–XVIII əsrlərdə Sulakötəsi Qumuqiyada və Tərki şamxallığında digər xalqlarla yanaşı noqaylarda yaşamaqda idilər.[44][e] Rus zabiti Andrey Butskovskinin hazırladığı və qumuqlara tabe olan xalqların siyahısı əks etdirilən siyahıda noqaylarında ad var idi. Həmin siyahıya görə noqaylar Aksay, Endirey və Kostek civarlarında yaşamaqda idilər. Burada yaşayan noqayların çadırlarda yaşadıqları və Aksay, Endirey, Kostek bəylərinə tabe olduqları da qeyd edilmişdir.[38][f]
Dağ kəndlərindən Sulakötəsi bəylərinə hər bir evdən müəyyən qədər vergi ödənilirdi. Vergi hər evə görə 20 gümüş qəpik, bir səbət üzümdən və qoyundan ibarət idi. Belə vergi verən kəndlər Çirkey, Qostala, Zuramkəndlilər Temirov bəylərinə, İxa, Guni camaatlığı Murtəzaəli Acıyevə, Xubar, Zubutlu, Almaq, Dilim sakinləri isə Qazanalipov bəylərinə, Miatlin sakinləri Həmzəyev bəylərinə, Burtunaylar bəzi çeçen kəndləri ilə birlikdı Qaplanovlara və əsas Endirey bəylərinə vergi ödəyirdilər.[35][45][35]
Çirkeylilərin Sulakötəsi qumuq bəylərindən asılılığı barədə ətraflı məlumat günümüzə qədər gəlib çatmışdır. Endirey hakimi Alış Həmzəyev 1751-ci il oktyabr tarixli və Qızılyar komendantı L. İ. Debeugobriyaya yazılmış məktubunda bunları qeyd etmişdi:[46]
Və bu Çirkevskaya [Çirkey] kəndi atalarım tərəfindən bizə qalmışdır və biz də atalarımız kimi onlardan həm mal-qara, həm də başqa cür bütün vergiləri alırıq., çünki onlar tabedirlər…bizə və sizə görə [müqayisədə] orada böyük yoxdur…Əgər fərman verərsənsə, səndən bunu mənə bildirməni istəyirəm və əgər fərman yoxdursa, onlar üçün sənin üçün heç bir cəhd göstərmə.
Elmlər namizədi P. B. Əbülsəlamovun fikrincə, bu sənəd çirkeylilərin Endirey knyazlarından asılılığının mövcudluğundan və vergilərin ödənilməsindən xəbər verir. Əbülsəlamovun dediyinə görə, Endirey, Aksay və Kostek knyazları arasında çirkeevlilərə görə çəkişmələr olub.[35]
Cənubi Kumukiya deyildikdə Tərki şamxallığından cənubda yerləşən və qumuqlar tərəfindən məskunlaşdırılmış bölgə nəzərdə tutulur.[47]
Terek və Sunja çayları arasındakı bölgə də eyni zaman da qumuq bəylərinin ərazisi idi.[54] Burada yaşayan qumuqlar əsasən tarixdə Terek qumuqları adlandırılırdılar və əsasən Tümən bəyliyi (və ya digər adı Şamxal Tüməni),[55] Braqun bəyliyi,[56] Qızıl Ordanın Madzar şəhəri ilə assosiasiya edilirdilər. Hal-hazırda bu bölgələr Rusiya Federasiyasının Çeçenistan, Şimali Osetiya və İnquşetiya qurumlarına daxildir.[57]
Qumuqiya ifadəsinə ilk dəfə rast gəlinməsi ərəb qaynaqlarına təsadüf edir. X əsrdə yaşamış ərəb müəllifi əl-Məsudi öz əsərində "Qumik mülkü" adlı yerdən bəhs etməkdədir. Britaniyalı şərqşünas Henri Yule Qumuq ifadəsinin Terek çayının cənubunda yaşayan qumuqların saldıqları məntəqələri ifadə etmək üçün işlədildiyini yazmaqdadır.[58]
Şərq mənbələrinə görə Qumuq Sərirdən şimalda və Cidan/Xunzandan (həmçinin erkən feodal kumuk dövləti) qərbində yerləşirdi, həmçinin şimaldan və ya şimal-şərqdən Zırıxgeranla həmsərhəd idi. Qumuqiya Alaniya ilə həmsərhəd idi ki, bu da B. A. Kaloyevə qumuqların və alanların düzənlik ərazilərini bitişik hesab etməyə əsas verirdi. "Dərbəndnamə"yə görə, Qumuğun əsasını Gəlbax və İxran bölgələri təşkil edirdi.[59]
Plano Carpiniyə görə isə, Komuk və Tərk xalqları monqollar tərəfindən fəth edilmişdirlər. Əmir Teymurun fəthləri zamanı (XIII əsrin sonu və XIV əsrin əvvəlləri) onun saray tarixçiləri "qumuqların bütün torpaqları" ifadəsindən bəhs etməkdədirlər. Teymuri dönəmini araşdıran tarixçilər qumuqların həmin dövrdə yaşadığı ərazilərin siyahısını hazırlamışdırlar. Bu ərazilərə "Bugaz-Kum", "Kazi-Kumuk (Gazi-Kumukluk)", "Mamuktu", Qaytaq daxil idi.[60][61]
XV–XVII əsrə aid Rusiya dövlətinə aid diplomatik sənədlərdə Qumuqiya ifadəsi üçün Qumuq torpağı (rusca:Кумыцкая земля).deyə bəhs edilməkdədir.[62]
Britannica Ensiklopediyasına görə, qumuqlar artıq VIII əsrdə Xəzər dənizi regionunda əksəriyyəti təşkil etməkdə idilər, bundna başqa, məqalədə göstərilir ki, hal-hazırda Çeçenistanın bir hissəsi olan Mitşik çayı hövzəsi o dövrdə Qumuqıstan adlandırılırdı.[63]
Qumuqların nənəvi məskunlaşma ərazisi Qumuqiyadır. Qumuqiya deyildikdə Dağıstan Respublikasının indiki Xasavyurt bölgəsi və Çeçenistan Respublikasının Qudermes bölgəsi, Xəzər dənizinin qərb sahili[64][g][65][h][66] və dağətəyi ərazilər. Dağıstan Respublikası[67][i][68][j][69][k] cənubda Uluçay çayına qədər,[69] Şimali Osetiya Respublikasında Terek çayı boyunca ərazilər, Çeçen və Kabardin-Balkar Respublikası, həmçinin Terek boyu Aralığı.[69]
XI əsrin ikinci yarısında Qumuq və bu adla bağlı etnonim Səlcuqlu qaynaqlarında da keçməkdədir.[70][71][72] Həmçinin, bu ad barədə məlumat Türk dili barədə məlumat vermək üçün yazılmış və öz dövrünün Türk ensiklopediyası kimi dəyərləndirilə biləcək referanslar kolleksiyasında da məlumat verilmişdir. Mahmuq Qaşqarlı Divanü Lüğat-it-Türk adlı bu əsərində Qumuq sözünü qeyd etdikdən sonra onların bir Türk tayfası olduğunu, həmçinin bu tayfanın bəyinin də bu adı daşıdığını bildirir. Bundan başqa, Qaşqarlı şəxsən bu bəylə danışdığını da qeyd edir.[73][74]
Teymuri qaynaqları "qumuqların yaşadığı bütün bölgələrin" və ya Mamaktu bölgəsinin adını çəkmişdirlər.[75] Müasir araşdırmaçılar bu adları Qumuq düzənliyi ilə eyniləşdirməkdədirlər. Professor Əşrəf Əhmədov Şərəfəddin Yəzdinin "Zəfərnamə" əsərinə yazdığı qeydlərində bildirir ki, "Mamaktu və Qazı Qumuq Dağıstanın şimalında qumuqların yaşadıqları yerlərdir".[76] Professor Bubenok özünün "Qızıl Orduda Alanlar-Asilər" adlı əsərində bildirir ki, Bugaz-Qum və Mamaktu bölgələri qumuqların yaşadıqları bölgələr olaraq qəbul edilə bilər.[77] Bundan başqa, A. E. Kriştopa da Mamaktu/Qumuq bölgəsinin Qumuq düzənliyi ilə eyniləşdirilməsi fikrini müdafiə etmişdir.[78]
Qumuq hakimlərindən asılı olan siyasi qurumların sərhədləri bir zamanlar Balkariyaya qədər uzanmaqda idi. XVIII əsrın sonlarında Çegem Gorgenin hakimi rus çarına etdiyi müraciətində özlərinin bir zamanlar Tərki hakimi Buday Şamxala vergi verdiklərini yazmışdı.[79][80][l]
19-cu əsrin əvvəllərində rus kəşfiyyatçısı. İ. N. Berezin kumukların Qafqazda ərəb istilasından əvvəl meydana çıxdığına inanırdı.[81][m]
18-ci əsrin əvvəllərindəki rus mənbələrində V. P. Şeremetyevə görə, bütün qumuq cəmiyyətlərinin (əslində bütün qumuqların) sayının 100 min nəfərə yaxın olduğu göstərilir.[82]
Rus tarixçisi və hərbçisi Dubrovin 1871-ci ildə yazırdı ki, Sulak çyının sağ sahilinə əlavə olaraq (yəni Şamxal qumuq əraziləri nəzərdə tutulur), Qumuq düzənliyi, Sulak çayından DƏrbəndə qədərki ərazilərdə qumuqlar yaşamaqda idilər. Beləliklə, qumuqlar 1871-ci ildə Tərki şamxallığında yaşayanların hamısını, Mehdioğlu xanlığında yaşayanların isə bir hissəsini təşkil etməkdə idilər.[83]
1832–1833-cü illər İvan Blaramberg Şimali Qumuqiyanın sərhədlərini belə təsvir edir:[84]
Qumuqların ərazisi Terek, Aksay, Göysu [bir digər adı Sulak] çaylarından başlayaraq Xəzər dənizinə qədərki əraziləri əhatə edir və Xəzər dənizi onun şərq sərhədini təşkil edir. Şimalda o [qumuqların ərazisi], Terekin aşağı axarlarındakı bataqlıqlarda bitir, qərbdə isə Aksayın hər iki axarının aşağı tərəflərindən Terekin sağ sahilində yerləşən Əmir-Acı-Yurt meşəsinə qədər, cənubda Dağıstan, Salatavianların, Auxianların və Kaçkalikianların ərazisi ilə həmsərhəddir. Sulakın cənub qolu olan və Quru-Göysü çayı qumuqları Tərki şamxallığı ərazisindən ayırmaqdadir.
Həmçinin, Blaramberg qeyd edir ki, müəyyən dövr ərzində Kaçkaliıq (hal-hazırda Çeçenistanın ərazisidir, buraya Blaramberqin Ussungur deyə qeyd etdiyi Oysunqur da daxildir), İstisu da qumuqlar tərəfindən məskunlaşdırılmışdı, lakin onlar sonradan çeçenlər ilə qarışdılar. Bu məlumat daha erkən qaynaqlar tərəfindən də təstiqlənməkdədir. Yakob Reineqqs 1790-cı illərdə yazırdı ki, Oysunqurun əhalisi ümumilikdə 800 ailədən ibarədir və onlar qumuq-tatar dilində danışmaqdadırlar. O, eyni zamanda İstisu camaatlıqlarından da bəhs edərkən bu adın qumuq-tatarcasında istisu anlamına gəldiyini və tayfanın da qumuqlardan formalaşdığını yazır. Bundan başqa, Reineqqs Boraqun adlı qumuq camatlığının da mövcud olduğunu yazmaqdadır.
Həmçinin Blaramberq qeyd etmişdir ki, müəyyən vaxtlarda Kaçkalık əhalisi, o cümlədən Oysunqur (onun Ussunqur var) və İstisu da sonradan çeçenlərlə qarışan qumuqlar yaşamışdır. Bunu əvvəlki qeydlər də təsdiqləyir: 1790-cı illərdə Jacob Reineggs 800 ailədən ibarət olan Oysunqur sakinlərinin "qumuq-tatarca danışdığı", "İstisu" cəmiyyətinin dilinin isə "ilıq su" mənasını verən qumuq-tatar dili olduğunu və tayfanın mənşəyini qədim zamanlardan götürdüyünü qeyd etmişdir". Həmçinin Reineggs Braqun camaatlığının da tatarlara məxsus olduğunu yazır.[85][86]
1877–1878-ci illərdə Pavel Kovalevski qeyd edirdi ki, Qumuq düzənliyinin və qumuq mülklərinin sərhədi qərbdə Kaçkalıq silsiləsindədir. Bu silsilə hal-hazırda Çeçenistan sərhədləri daxilində qalmaqdadır.[87]
Tarixçi Arsen Akbiyev yazır ki, Sulakötəsi qumuqları əslində Salataviya bölgəsində yaşamışdırlar.[29] O, buna sübut kimi bildirir ki, 1843-cü ilə qədər qumuq bəylər və ya uzdenləri Salatavdakı torpaqların əksəriyyətinə sahib idilər və buralardakı dağlarda məskunlaşmış bütün camaatlıqlar onlara bac-xərac verməyə məcbur idi. 1732-ci ildə Qızılyar qalasının komendantı A. Axverdov məruzəsində bildirirdi ki, qumuqlar "Terek çayının sağ sahilində, çaydan 20, 18, 15, 13 verst məsafədə yaşamaqda idilər və oraya keçmiş zamanlarda Aksay sahibkarları tərəfindən gətirilmiş, indi adı Altı Kaçılıq olan yerlərdə məskunlaşdırmışlar". Çeçen camaatlıqlarından biri olan Qaçalıqların Aksay bəyləri tərəfindən buraya gətirilib məskunlaşdırılması iddiası Semyon Bronevski (1763–1830) tərəfindən də təstiqlənməkdədir. Eyni ad 1812-ci ildə Butskovski adı altında keçməkdədir. XIX əsrin ikinci yarısına qədər Kaçalıq qumuq bəylərinin mülkiyyəti olaraq qalmaqda davam etdi.[88][24]
1732-ci ildə Qızılyar qalasının komendantı A. Axverdov məruzəsində bildirirdi ki, qumuqlar "Terek çayının sağ sahilində, çaydan 20, 18, 15, 13 verst məsafədə yaşamaqda idilər və oraya keçmiş zamanlarda Aksay sahibkarları tərəfindən gətirilmiş, indi adı Altı Kaçılıq olan yerlərdə məskunlaşdırmışlar". Çeçen camaatlıqlarından biri olan Qaçalıqların Aksay bəyləri tərəfindən buraya gətirilib məskunlaşdırılması iddiası Semyon Bronevski (1763–1830) tərəfindən də təstiqlənməkdədir. Eyni ad 1812-ci ildə Butskovski adı altında keçməkdədir. XIX əsrin ikinci yarısına qədər Kaçalıq qumuq bəylərinin mülkiyyəti olaraq qalmaqda davam etdi.[40][89][90]
XIX əsrdən bir nümunə olaraq torpaq komitəsinin yazılarından biri göstərilir. Kaçalıqlılar Aksay çayı boyunca uzanan torpaqların sahibliyinə iddia edən zaman bildirilmişdi:[91]
onlara (Sultan-Mutun varislərinə) Qarabulaq və Çeçenlər tərəfindən yasaq [vergi] ödənilirdi, Qazi Mollanın üsyanına qədər yasaq Kaçalığın, Auxun və Salataviyanın 6 yaşayış məntəqəsi tərəfindən ödənilməkdə idi və bu torpaqlar onların tam mülkiyyəti hesab edilirdi.
Bu siyasət hal-hazırda da davam etməkdədir. Rusiya İmperiyası, sonra Sovet hökuməti və bu gün də Rusiya Federasiyasının müasir Dağıstan Respublikasında davam edən digər xalqların Qumuq torpaqlarına davamlı olaraq köçürülməsi nəticəsində 19–21-ci əsrlərdə qumuqların doğma əraziləri kəskin şəkildə azaldı, nəticədə indi qumuqlar öz torpaqlarında azlıq təşkil etdilər.[92][93] Rus-Qumuq müharibələri və Şimali Qafqazın Rusiya tərəfinən fəthi nəticəsində qumuqların dövlət qurumları öz müstəqilliklərini itirdilər. Bundan sonra isə bir neçə Rusiya imperiyası inzibati vahidləri arasında bölündülər. Beləliklə, XVIII əsrin sonlarından və XIX əsrin əvvəllərindən etibarən Çar və Sovet Rusiyası qumuq torpaqlarına başqa xalqları köçürmə siyasəti həyata keçirməyə başladı. 1811-ci ildə General Tormasov dağlarda yaşayan çeçenləri düzənlik ərazilərə enməyə razı salmaq barədə əmr vermişdi.[94] Qafqazın bir digər rus canişini General Vorontsov eyni qumuqların torpaqlarını kolonizasiyalaşdırma siyasəti həyata keçirməyə çalışırdı. O, bu siyasətində ən çox çeçenlərdən yararlanmaqda idi. Vorontsov iddia edirdi ki, "qumuqların bu torpaqlarda heç bir haqqı yoxdur".[95] Qumuq əraziləri olan Salativiya, Aux və Kaçalıq bu siyasət nəticəsində tədricən çeçenlər tərəfindən məskunlaşdırıldı.[96][40][97]
1870-ci illərdə Xasavyurtun bütün cənub hissəsi — Qerzel-auldan Endireyə qədər çeçenlərlə məskunlaşdırıldı. Bu siyasət bəzən rusların hərbi gücü hesabına həyata keçirildi. 1870-ci ildən 1877-ci ilə qədər və 1897-ci ilə qədər buradakı çeçenlərin sayı durmadan artdı.[93] Terek-Sunja aralığındakı qumuqların sayı isə tədricən aşağı düşdü və bəzi yerlərdə müasir Çeçenistanın bir hissəsinə çevrildi.[98]
1850-ci illərdə Terek Qumuqiyasındakı bəzi bəylər və xanlar öz torpaqlarının bir hissəsini yerli qumuqlara payladılar. Yerli hakim dairələrin yenu gələnləri qumuq torpaqlarında məskunlaşdırma siyasətləri uzun müddət davam etdi və XX əsrin əvvəllərində də baş verdi.[99]
1867-ci ildə Tərki şamxallığı rus hakim dairələri tərəfindən ləğv edildi. Bu bəziləri tərəfindən qumuq dövlətçiliyinin sonlandırılması kimi qiymətləndirilir. 1869-cu ilin 30 dekabrında Qafqaz müharibəsinin bitməsi ilə birlikdə Terek oblastındakı (Şimali Qumuqiya) Qumuq qəzası ləğv edildi və Xasavyurt dairəsi adlandırıldı. Brokhauz və Efronun ensiklopedik lüğətinin verdiyi məlumata görə, XIX–XX əsrlərin qovşağında Dağıstandakı qumuqların sayı 32.087 nəfər idi və bura Şimali Qumuqiya bölgəsi daxil edildi. 1891-ci il siyahıyaalınmasına görə, Dağıstan və Terek oblastlarında 108.800 qumuq yaşamaqda idi.[100][101]
Keçmiş Qumuqiya Rusiya daxilində bir neçə inzibati vahidə parçalanmışdır. Onun əraziləri üzərində müasir Dağıstan Respublikası, Şimali Osetiya Respublikası, Çeçenistan Respublikası və İnquşetiya Respublikası formalaşdırılmışdır.
Qumuqların tarixi baxımından əsas mədəni vacibliyə sahib şəhərlər onların tarixi paytaxtı olan Tərki (şamxalların taxtının olduğu yer), Anjiqala (müasir Maxaçqala), Endirey, Aksay (Dağıstan), Qazanış, Boynak (şamxalın köməkçisinin və varisinin taxtının olduğu yer), Başlı, Erpeli, Qarabudaqkənd və Məcəlisdir.
Digər vacib məntəqələrin siyahısına Heli, Paraul, Cenqutay, Braquni (Çeçenistan), Qızılyar (Dağıstan), Qızılyardır (müasir Osetiya).