Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Qəndilli
Qəndilli (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Qəndilli (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Qədili
Qədili (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qədili (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Bəndili (Çaypara)
Bəndili (fars. بندلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (23 ailə).
Qəndilli (Üskü)
Qəndilli (fars. لقنديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (26 ailə).
Qəndxili (Çaldıran)
Qəndxili (fars. جنگ تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Qəndilli (Duzluca)
Qəndilli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1912-ci il qeydlərində Astavlı kimi qeyd olunur.
Baccharis lundii
Baccharis lundii (lat. Baccharis lundii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Manıç-Qudila
Manıç-Qudila gölü (kalm. Манц (нур), rus. Маныч-Гудило) — Rusiyanın cənubunda, Kalmıkiya, Stavropol diyarı və Rostov vilayəti ərazisində yerləşən göl. Kumo-Manıç çökəkliyinin mərkəzində yerləşən böyük bir duz göldür. 1930-cu illərdə bir sıra hidrotexniki qurğular tikildikdən sonra, Manıç çayındakı Proletarnoe su anbarının bir hissəsi olmuşdur. Dəniz səviyyəsindən hündürlüyü 12,8 metrdir. Gölün sahəsi dəyişkəndir, orta hesabla 344 km²-dir. Uzunluğu 100 km-dən çox, eni 10 km və daha çox, dərinliyi 3,5–4 m, orta dərinliyi 2.6 m-dir. Suyu acı-duzludur. Göl suyun səviyyəsi və duzluluğun dəyişməsi ilə xarakterizə olunur.
Protea mundii
Protea mundii (lat. Protea mundii) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Qədili (Qubadlı)
Qədili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qədili kəndi dağətəyi ərazidədir. Keçmiş adı Qarapərilərdir. Bu toponim qədili nəslinin adı ilə bağlıdır. Xanlar r-nunda oykonimin Qadılı variantı qeydə alınmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 64 evdə 311 şiə kürd yaşayırdı.
Qədili (Samux)
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Spilanthes lundii
Acmella uliginosa (lat. Acmella uliginosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. Calea savannarum Standl. & Steyerm. Ceratocephalus acmella var. depauperata Kuntze Ceratocephalus acmella var. uliginosa (Sw.) Kuntze Coreopsis acmella var. uliginosa (Sw.) E.H.L.Krause Spilanthes acmella var. uliginosa (Sw.) Baker Spilanthes lundii DeCandolle Spilanthes lundii DC. Spilanthes uliginosa Sw. Spilanthes uliginosa var.
Gundelia
Qundeliya (lat. Gundelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Gundelsheimera Cass. Hacub Boehm.
Gündəlik
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Güneyli
Güneyli (Cəlilabad) — Azərbaycanda kənd. Güneyli (Ərdəmli) — Türkiyədə kənd.
Günəşli
== Azərbaycanda == Yeni Günəşli — Bakı şəhərinin Suraxanı rayonunda yaşayış massivi. Günəşli (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Günəşlı
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kürdili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Qundanlı
Qundanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qundanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Oykonim qundanlı nəslinin adı ilə bağlıdır. Kəndin inqilabaqədərki ədəbiyyatlarda Qundanlı Müsxanlı, Daşaltı, Əzizobası, Şərəfli adlarına da rast gəlinir.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Lakin Oğuzların Eymür boyundan gəlir Dümbüli tayfası.
Gundelia tournefortii
Turnefor qundeliyası (lat. Gundelia tournefortii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qundeliya cinsinə aid bitki növü. == Statusu == Nadir, Ön Asiya növüdür. == Yayılması == Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. == Bitdiyi yer == Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. == Ehtiyatı == Növün arealı və ehtiyatı azalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Mal-qaranın otarılması, biçin və torpaqlardan istifadə edilməsi. == Çoxalması == Toxumla çoxalır. == Becərilməsi == Məlumat yoxdur.
Günəşli (Bakı)
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. == Tarixi == Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. == Coğrafiyası == Əhmədli yaylasındadır. == Mədəniyyət == Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. == Əhalisi == Yeni Günəşlidə 46300 nəfər yaşayır. == Filmoqrafiya == Adı Günəşlidir...
Günəşli (Basarkeçər)
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Günəşli (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Günəşli (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. == Tarixi == Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. === Tarixi abidələri === Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Günəşli (Gədəbəy)
Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır. == Toponimikası == Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
Günəşli (Kəlbəcər)
Günəşli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı 1992-ci ilə qədər Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb. == Yaylaqlar == Qaradağlı yurdu, Kovuxludüz yurdu, Qaçaydüşən yurd, Bahadurun düzü yurd, Aslanlar yurdu, Atqoruğu yurdu, Qırqovullu yurd, Qalayçıgələn yurd, Taplar yurdu, Arpayeri yurdu, Maralatan yurd, Göyüşün yurdu, Qancıq dərəsinin yurdu, Binə dərəsinin yurdu, Tozluq yurd, Gölyeri yurdu, Quşyuvalıdüşən yurd, Kolxozdüşən yurd. == Bulaqlar == Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şırşır bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçıgələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşsu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdlar bulağı, Uçuqluq bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlu bulaq, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidalı bulağı, Şırran bulağı.
Günəşli (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 826 nəfərdir. == Tarixi == 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Günəşli (Xaçmaz)
Günəşli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Kürdili (dəqiqləşdirmə)
Kür dili — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Kürdili (kənd)
Kürdili — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürdili oyk., sadə. Neftçala rayonunun Şirvanlı inzibati ərazi vahidində kənd. Xəzər dənizi sahilindədir. Kəndin adı Kür Dili adasının adından götürülmüşdür. Yaşayış məntəqəsi haqqında "Əriyən ada", Sonuncu və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Qışlaq-i Qədili (Pərsabad)
Qışlaq-i Qədili (fars. قشلاق گدايلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (15 ailə).