Günəşli (Gədəbəy)

Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır.[3]

Günəşli
40°31′24″ şm. e. 45°48′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 771 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2117[1]
Xəritəni göstər/gizlə
Günəşli xəritədə
Günəşli
Günəşli

Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır.[4] Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.[4]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  4. 1 2 Günəşli (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]