Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurcana çayı
Qurcana çayı və ya Duruca çayı — Şəki şəhərinin mərkəzindən axan çay. Qurcana çayının uzunluğu 7 km-dir. Çay üzərində XVIII əsrdə inşa olunmuş tağlı körpülər də var. Hazırda körpülərdən dördü qalıb.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.