QURTARMAQ


1. t-li. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq.
– Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.

2. t-siz. Bitmək, tamamlanmaq, axıra çatmaq.
İvanov mənə dedi ki, Kərbəlayı, … yaxşısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. Çəmənzəminli.
İclas axşam saat 9-da qurtardı. Ə.Vəliyev.

3. t-siz. Tükənmək. Köhnə taxıl qurtarmışdır. Pullar xərclənib qurtarmışdır.
4. t-li. Xilas etmək, azad etmək, nicat vermək. Dənizdə boğulanı qurtarmaq. O, yoldaşını ölümdən qurtardı.
– Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişvəri.
Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mədən suları. C.Məmmədquluzadə.
[Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar. Ə.Haqverdiyev.

// t-li. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq.
[Odunçu oğlu:] O qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin… Ə.Məmmədxanlı.

5. t-siz. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq.
İran şahları və başqaları … düşməndən qaçıb qurtarmaq məqsədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov.
Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan … qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaquluzadə.
Bir nəfərin zindandan qurtarması … [Firidunu] sevindirdi. M.İbrahimov.

6. t-siz. Ölmək, keçinmək. Xəstə artıq qurtardı.
– Amma anam onların köçməyini eşitcək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə.
◊ Qurtardı getdi! – vəssalam! [Mirzə Səməndər:] Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı.

Sözün qurtaranı – deyilənlərə yekun vurmaq üçün işlənir – xülasə, müxtəsər, bir sözlə.
Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə.

Синонимы

  • QURTARMAQ 1. QURTARMAQ ..Qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); AXIRA ÇATDIRMAQ [Azər:] Çünki sən, axı, başqasının işini axıra çatdırmısan (Ə
  • QURTARMAQ tükənmək
  • QURTARMAQ bitirmək — tamamlamaq
  • QURTARMAQ ölmək — keçinmək

Антонимы

  • QURTARMAQ QURTARMAQ – BAŞLAMAQ Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); Başlasın qoy bu adla; Gəncliyin xoş nəğməsi (S
QURTARMA
QURTARMAZ

Значение слова в других словарях