Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. == Həyatı == Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. == Mənbə == Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Şurik
Şurik (Xoy)
Qurmik (Urmiya)
Qurmik (fars. قورميك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (48 ailə).
Rurik sülaləsi
Rurik (d. 879, Novqorod Rusı) – rus salnəmələri və sükançı kitablarlı görə, Şimal-Qərbi Rus hökmdarı Varangyan Novqorod knyazı və sonralar padşah olmuş rus kynazlığın banisi, Rurikoviçlər sülaləsi.
Surik (Maku)
Surik (fars. ‎سوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
İlya Qurin
== Həyatı == 9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == Bir məhəllədən iki nəfər (film, 1957) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Şurik (Salmas)
Şurik (fars. شوريك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
Şurik (Xoy)
Şurik (fars. شوريك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şurik (Çaypara)
Şurik (fars. شوريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (38 ailə).
Məhəmməd Quri
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib. Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib. == Uşaqlıq və gənclik illəri == Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur.
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Qurnik Valbjix İK
"Qornik" Valbjix İK (pol. Górnik Wałbrzych) — Polşa idman klubu. Klubun futbol komandası Polşa Rayon Liqasında çıxış edir. == Nailiyyətlər == Birinci Liqada altıncı yer – 1983/84, 1985/86. Polşa kubokunun yarımfinalları v1954/55, 1987/88. Yeniyetmələr arasında Polşa çempionatı – 1968, 1973. "Payız ustası" – 1983/84 mövsümü. 21 avqust 2004-cü il – Nova-Myasto şəhərində futbol bölməsinin bərpası. 29 aprel 2009-cu il – "Qurnik" Nova-Myasto İK basketbol bölməsinin açılışı.
Qurnik Zabje FK
Qurnik — Polşanın futbol klubu. == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa çempionatı Qızıl medal (14) — 1957, 1959, 1961, 1962/63, 1963/64, 1964/65, 1965/66, 1966/67, 1970/71,1971/72, 1984/85, 1985/86, 1986/87, 1987/88. Gümüş medal (4) — 1962, 1968/69, 1973/74, 1990/91. Bürünc medal (7) — 1958, 1960, 1967/68, 1969/70, 1976/77, 1988/89, 1993/94. Polşa Kuboku Qalib (6) — 1964/65, 1967/68, 1968/69, 1969/70, 1970/71, 1971/72. Finalçı (7) — 1955/56, 1956/57, 1961/62, 1965/66, 1985/86, 1991/92, 2000/01. Polşa Superkuboku Qalib (1) — 1988.
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. == Siyahı == Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. === Bamiyan hakimləri === Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Güzik
Güzik (Şepiran)
Rürik
Rürik (rus. Рюрик; 830 – təq. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. == İstinadlar == == Xarici keçidlər == A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Gerik (Maku)
Gerik (fars. گريك‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (39 ailə).
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər yaşayır (42 ailə).
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kursk
Kursk — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.
Nurek
Nurek (tac. Норак) — Tacikistanda şəhər, paytaxt Düşənbədən 70 km cənub-şərqdə, əhalisi 30.900 (2019). 16 dekabr 1960-cı ildə Nurek kəndini regional tabe şəhərə (Ordjonikidzeabad bölgəsi) çevirərək Nurek Su Elektrik Stansiyasının inşası zamanı yaradıldı. == Coğrafiyası == Nurek, Vaxş çayının üzərində, dəniz səviyyəsindən 885 m yüksəklikdə yerləşir. Şəhərə bir çox kənd və camaat daxildir (tərkibində bir neçə ailənin yaşadığı qəsəbələri belə adlandırırlar): Tutkavul, Kibil, Çaşma, Lanqar, Dukoni, Xocaabdulla, Navde, Daqana və Energetik. == Tarixi == 12 iyul 1961-ci ildə Nurek respublika tabeliyində bir şəhər statusu aldı. == Əhalisi == Əhalisi 1 yanvar 2019-cu il tarixinə 30.900 nəfərdir. == Sənaye == Nurek SES: 1972-ci ildə istismara verilmişdir, bənd hündürlüyü 300 m, elektrik stansiyasının gücü 3000 MW, su anbarının səthinin sahəsi 98 km² yığma beton zavodu geyim fabriki çörək istehsalı Nurek şəhərində bina və şəhərləri lazım olan hər şeylə vaxtında və tam təmin edən yeni bir iqtisadi əməkdaşlıq forması — "İşçi estafeti" yarandı. Bunun sayəsində Nurek SES -in birinci bloku 15 noyabr 1972-ci ildə, 1978-ci ilin dekabrında isə ucuz elektrik enerjisi istehsal edən stansiyanın son bloku istismara verildi. Qeyd edək ki, Nurek SES istifadəyə verildikdən sonra 292,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç == Haqqında == Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. == Tarixi == Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. == Tarixi == Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. == Tarixi == Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. == Haqqında == Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən,əsasən,qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır.Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.