Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quqllamaq
Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm fel. Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər. Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir. 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir.Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir. Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir."Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar. Google 25 oktyabr 2006-cı ildə xalqa açıq etiraz yayımlayaraq "Google" sözünün yalnızca Google Inc.
Quyuludağ qalası
Quyuludağ qalası — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Tunc, Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə Məzrə kəndindən şimalda, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üzərində yerləşir. Qalanın əsas girişi şimal tərəfdən olmuşdur. O, qayalardan və sərt yamaclardan keçən dar cığırdan ibarətdir. Qalanın üst tərəfi əsasən qayalıq, yamaclar isə enişli olduğundan burada mədəni təbəqə olduqca az qalmışdır. Abidənin təbii cəhətdən zəif müdafiə olunan şimal-şərq tərəfi iri qaya parçalarından hörülmüş divarla möhkəmləndirilmişdir. Bu müdafiə divarı tamamilə uçub dağılmış, onun yalnız bəzi yerlərdə özülü salamat qalmışdır. Divar qalıqları aydın izlənilir və qalanın baş tərəfini kəmər şəklində əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində buradan Orta əsrlərə aid materiallar toplanmışdır. 1984-cü ildə abidə mədəni təbəqənin saxlanmasını müəyyən etmək məqsədilə 2 x 2 m ölçüdə kəşfiyyat qazıntısı aparılmışdır.
Quyuludağ yaşayış yeri