Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəkəndaz
Xəkəndaz — zibil, kül və s. götürmək üçün tutacağı olan alət.
Şeşəndaz plov
Şeşəndaz — plov növlərindən biri. İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.
Anxel Maturino Resendiz
Anxel Maturino Resendiz (isp. Ángel Maturino Reséndiz) — Dəmiryolu qatili kimi tanınmış, 1986–1999-cu illər aralığında Amerika Birləşmiş Ştatları və Meksikada 23 dən çox şəxsi qətlə yetirmiş meksikalı seriyalı qatil. Maturino Resendizin qurbanlarının bir çoxuna qarşı cinsi zorakılıq etmiş və əsasən onları bıçaqlayaraq və digər mətbəx əşyaları ilə döyərək öldürmüşdür. Qatilin Dəmiryolu qatili kimi məşhurlaşmasının səbəbi ölkəni gəzmək üçün istifadə etdiyi qatarlardan tullanaraq dəmir yollarının yaxınlığında törətməsi olmuşdur. Seriyalı qatil 1999-cu ilin 21 iyun tarixindən 13 iyul tarixinə qədər Texas hökumətinin tələbi ilə Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan on şəxs siyahısına daxil edilmiş və siyahıya salınan sayca 457-ci şəxs olmuşdur. Federal Təhqiqat Bürosunun yerli polis təşkilatları ilə koordinasiyalı şəkildə aparılan araşdırmalarından sonra Anxel Resendiz 1999-cu ilin 12 iyul tarixində təslim olmuş və ABŞ-ın V Dairə Apellyasiya Məhkəməsinin müvafiq qərarına əsasən edam cəzasına məhkum edilmişdir. Cəza 2006-cı ilin 27 iyul tarixində Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hantsvill şəhərində yerləşən Texas Dövlət Penitensiar müəssisəsinin edam zalında, zəhərli iynənin bədənə vurulması ilə icra edilmişdir.