Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əjdaha rəsmli xalçalar
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur. Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == Təsviri == "Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir. XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.
Fərid Məmmədov (dövlət rəsmisi)
Fərid Eldəniz oğlu Məmmədov (15 aprel 1977, Bakı) — layihələr və proseslər üzrə ekspert, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri. == Həyatı == Fərid Məmmədov 1977-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. == Təhsili == 1992–1997-ci illərdə Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 1997–1999-cu illərdə Azərbaycan Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində magistr dərəcəsi üzrə təhsil alıb. 2012–2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat və Biznes Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura təhsili alıb. == Peşəkar fəaliyyəti == 1996–2018-ci illərdə müxtəlif dövlət orqanlarında, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında, özəl sektorda, habelə tanınmış xarici konsaltinq şirkətlərində (ARCADIS, MOTT MACDONALD) ekspert və rəhbər vəzifələrdə çalışıb, eyni zamanda bir sıra beynəlxalq layihələrin eksperti, layihə koordinatoru və meneceri olub. 13 dekabr 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. == İctimai fəaliyyəti == 2019-cu ildən etibarən Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Monitorinq Komissiyasının sədridir.
Elxan Məmmədov (futbol rəsmisi)
Elxan Məmmədov (18 iyun 1979, Bakı) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022), UEFA Avropa Liqası Finalı-nın 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsi Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine nin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsi nin vitse-prezidenti, 29 may, 2019-cu ildən isə həmin komitənin sədridir. == Həyatı == Elxan Məmmədov 18 iyun, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1999-cu ildə Amerika InterContinental Universitetində (London, Böyük Britaniya) Biznesin İdarəedilməsi və Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak etmişdir. O, həmçinin 2012-ci ildə Salford Universitetində (Mançester, Böyük Britaniya) İdarəetmə Planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurmuşdur.2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir. === İş təcrübəsi === 1996–1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləmişdir. American InterContinental Universitetini bitirdikdən sonra 2000–2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində işləmişdir. ==== AFFA ==== Elxan Məmmədov 2007–2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009–2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir. E. Məmmədov beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi üzrə müxtəlif komitələrin üzvü və sədri olmuşdur.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: == Təsvir == "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir.Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır. Şirin, zəngin bəzəkli taxt-rəvanda, onun qabağındakı dairəvi çarhovuzun yanında isə Şapur əyləşmişdir.
Repçilik
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.